İranla sərhəddə atışma, ölən var
Bakı/23.04.20/Turan: Aprelin 22-də İran tərəfindən Azərbaycan dövlət sərhədinin pozması aşkar olunmuşdur. Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin aprelin 23-də yaydığı məlumatda deyilir.
Sərhəd pozulması “Göytəpə” sərhəd dəstəsinin Yarıdmlı rayonundakıu Daşkənd kəndi yaxınlığındakı ərazidə müəyyən edilib, sərhədi pozanların 3 nəfər olduğu deyilir.
Məlumata görə, silah tətəbiq olunmuş və pozuculardan biri yaralanımış,
Cəlilabad rayon mərkəzi xəstəxanasına təxliyə olunmuş, lakin görülən tədbirlərə baxmayaraq həyatını xilas etmək mümkün olmamışdır, digər iki nəfər geri qaçmışdır.
“Hadisə yerində ümumi çəkisi 2 kq olan həşiş qətranına bənzər narkotik vasitə, bir ədəd lüləsi kəsilmiş qoşalülə ov tüfəngi və 6 ədəd patron aşkar olunmuşdur. Ərazidə axtarış işləri davam etdirilir”- deyə məlumatda vurğulanır.
Məlumata görə hadisə ilə bağlı İran tərəfin sərhəd nümayəndəsi görüşə dəvət olunmuş, hadisə yerində görüş keçirilmişdir.
Məlumatda vurğulanır ki, “Göytəpə” sərhəd dəstəsinin və Lənkəran Hərbi Prokurorluğunun əməkdaşları hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirirlər. -05D-
-
- Cəmiyyət
- 22 Aprel 2020 22:21
-
- İqtisadiyyat
- 23 Aprel 2020 11:50
Cəmiyyət
-
Yanvarın 15-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ordubad rayon və Lənkərna rayon şöbələrinin iki fəalı polis tərəfindən saxlanılıb.
-
Lider mobil operatorun elan etdiyi sosial layihə müsabiqəsində qalib gələn "Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi “FarmHer” proqramını həyata keçirir
-
AZAL təyyarəsinin qara qutuları Braziliyadan Qazaxıstana qaytarılıb və 25 dekabrda Aktau Hava Limanı yaxınlığında baş verən aviasiya qəzasının təhlili üçün araşdırma komissiyasına təqdim edilib. Bu barədə Qazaxıstanın Baş Prokurorluğu məlumat yayıb.
-
Yanvarın 15-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bildirib ki, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub.
Rəy yaz