Məhkəmə Əfqan Muxtarlını ev həbsinə buraxmayıb
Bakı/20.06.17/Turan: Bu gün Nəsimi Rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlının ev dustaqlığına buraxılması barədə vəsatətə baxılıb.
Vəkil Elçin Sadıqov Turan-a bildirib ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İdarəsinin istintaq qrupunun üzvü Həsən Nağıyev vəsatətə etiraz edib. O bildirib ki, Əfqan Muxtarlı həbsdən buraxılacağı halda ölkədən qaçmaq ehtimalı var.
Məhkəmə vəsatəti təmin etməyib.
Xatırladaq ki, Ə.Muxtarlı mayın 29-da Tbilisidə oğurlanaraq Bakıya göndərilib və həbs edilib.
O, sərhəddi qanunsuz keçməkdə, qaçaqmalçılıqda, sərhədçiyə müqavimət göstərməkdə ittiham olunub. Ancaq jurnalist ittihamları qəbul etmir.
Avropa Parlamenti Ə.Muxtarlının işi üzrə qətnamə qəbul edib və onun azadlığa buraxılmasını tələb edib.-16D-
Cəmiyyət
-
Yanvarın 20-də "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Artıq bütün Azercell müştəriləri süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətindən yararlana bilərlər Azercell-in süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” xidməti artıq iOS istifadəçiləri üçün də əlçatandır. Abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll müştəri sorğularını 24/7 rejimində operativ şəkildə cavablandırır.
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
Rəy yaz