
Açiq mənbələrdən foto.
Bakı/19.04.23/Turan: Baş Prokurorluq Bakının Sabunçu rayonunda Zabrat qəsəbəsi qəbiristanlığında bir neçə məzar daşının dağıdılması faktını araşdırır.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Azərbaycan Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanıb. Günahkarların müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi üzrə tədbirlər görülür. Bu barədə çərşənbə günü Baş Prokurorluğun yaydığı məlumatda deyilir. 0
Rəy yaz