Saatlı sakini yerli polis şöbəsində döyüldüyünü bildirir
Bakı /18.09.18/Turan: Saatlı şəhər sakini Nazir Həsənov polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığını bildirir. Onlar N.Həsənovu oğurluq etdiyini boynuna almağa məcbur ediblər.
Sentyabrın 13-də saat 14.30-da onun işlədiyi avtomobillərin təmiri sexinə bir qrup mülk geyimli şəxs gəlib. Heç bir söz demədən onu məcburi qaydada maşına oturdub rayon polis şöbəsinə aparıblar. Ora çatan kimi bir gün əvvəl harada olması ilə bağlı sorğu-sual ediblər. N.Həsənov deyib ki, axşam saat 10-un yarısınadək sexdə işləyib, sonra isə evə gedib. Ancaq polislər onu döyüblər, onun iş yerinin yaxınlığındakı ərzaq mağazasından oğurluq etdiyini boynuna almasını tələb ediblər.
Günün sonunda N.Həsənovu buraxıblar. O, polis şöbəsindən çıxan kimi Daxili İşlər Nazirliyinin "qaynar xətt"inə- 102-yə telefon edib. Daha sonra başında və bədənində ağrı hiss etdiyindən həkimə müraciət edib.
Saatlı xəstəxanasında gecə növbətçi həkim olmayıb. Onu qonşu Sabirabad rayonuna aparıblar.
"Həkimlər müayinə edib bildirdilər ki, kəllə-beyin travması almışam, sağ qulağımın pərdəsi cırılıb. Gecə sağ ayağım da şişməyə başladı", - xəstəxanada olan N.Həsənov bildirib.
DİN-ə müraciətindən sonra araşdırma başlayıb. Prokurorluqdan müstəntiq gəlib onu dindirib, məhkəmə-tibb ekspertizası təyin edilib.
Öz növbəsində DİN mətbuat xidməti rəhbərinin müavini Orxan Mansurzadə Turan-a bildirib ki, N. Həsənov bir cinayət işinin istintaqı ilə bağlı sentyabrın 13-də Saatlı rayon polis şöbəsinə dəvət edilib, ifadəsi alınıb və sərbəst buraxılıb: "Onun polis şöbəsində döyülməsi və fiziki zorakılığa məruz qalması barədə dedikləri isə həqiqəti əks etdirmir",- O.Mansurzadə bildirib. -06D-
-
- Siyasət
- 18 Sentyabr 2018 15:38
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz