
Sinoptiklər həftə sonu havanın pisləşəcəyi və qar yağacağı haqqında xəbərdarlıq edib
Bakı/11.01.24/Turan: Yanvarın 13-də səhər saatlarından başlayaraq, 14-ü axşama qədər Bakıda və Abşeronda hava şəraitinin kəskin pisləşəcəyi, yağıntı olacağı gözlənilir.
Ekologiya Nazirliyinin sinoptiklərinin yaydığı məlumata görə, qeyd edilən dövrdə qar yağacaq, şimal-qərb küləyi arabir 23-25 metr/saniyəyədək güclənəcək.
Bu günlərdə havanın temperaturu 5-8 dərəcə düşəcək. Gecə 0-3 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.
Ölkə ərazisində yağıntı yanvarın 12-də Qərb bölgəsindən başlayacaq və 15-nə qədər davam edəcək. Qərb küləyinin gücü arabir saniyədə 23-25 metrə çatacaq.
12-15 yanvar tarixlərində havanın temperaturu aran rayonlarında gecə 3-8 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 2-7 dərəcə şaxta təşkil edəcək.
14-15 yanvar tarixlərində dağlıq yolları buz bağlayacağı gözlənilir. 0
Rəy yaz