Siyasi Məhbusların Monitorinqi Mərkəzi Orxan Baxışlı barəsində hökmü pisləyib
Bakı/19.09.18/Turan: Siyasi Məhbusların Monitorinqi Mərkəzi (SMMM) Xalq Cəbhəsi Partiyasının (AXCP) gənc fəalı Orxan Baxışlı haqqında hökmü pisləyib.
O, sentyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən böyük ölçüdə narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.
SMMM-nin bəyanatında deyilir ki, "ibtidai istintaq və məhkəmə prosesi prosessual qanunvericiliyin kobud şəkildə pozulması ilə həyata keçirilib".
"Faktiki olaraq, məhkəmədə müstəqil təhqiqat aparılmayıb, hökm istintaq orqanının ilkin protokolu əsasında tərtib edilib.
Bütün siyasi proseslərdə olduğu kimi, müdafiə tərəfin vəsatətləri təmin edilməyib, hakim açıq-aşkar ittiham tərəfi dəstəkləyib", deyə SMMM rəhbəri Elşən Həsənov bildirib.
"Biz, keçmiş siyasi məhbuslar, Orxan Baxışlı barəsində ədalətsiz hökmə qəti etiraz edirik və hökmü siyasi motivli hesab edirik. Əminik ki, Orxan Baxışlı müxalifətin etiraz aksiyalarında iştirakına və hakimiyyəti tənqid etdiyinə görə cəzalandırılmaq üçün saxta ittihamla həbs edilib. Ədalətsiz hökmün ləğvini tələb edirik", deyə SMMM-nin bəyanatında bildirilir.
SMMM 2014-cü ilin payızında bir qrup keçmiş "vicdan məhbusu" tərəfindən yaradılıb. Təşkilata hüquq müdafiəçisi Elşən Həsənov rəhbərlik edir. -06B-
-
- İqtisadiyyat
- 19 Sentyabr 2018 12:11
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz