
Bakı/12.05.20/Turan: Son üç gündə sərhədçilər İran-Azərbaycan sərhəddində ümumi çəkisi 55 kiloqram narkotik maddə götürüblər.
Dövlət Sərhəd Xidmətinin məlumatına görə, mayın 10-da İran sərhədi yaxınlığında Astara rayonunda içərisində üç paket olan çanta aşkar edilib. Paketlərdə 11,9 kq. narkotik vasitə - marixuana, heroin, tiryək, metamfetamin və metadon olub.
Həmin gün Astara rayonunun Pəlikəş kəndində polis ilə birgə keçirilən əməliyyat zamanı içərisində 5,5 kq. heroin olan bağlama aşkar edilib.
Mayın 11-də Beyləqan rayonunun Əhmədli kəndi yaxınlığında bir sərhəd pozucusu aşkar edilib. O, “dayan” əmrindən sonra çantasını ataraq yenidən İran tərəfə qaçıb. Çantada 37,9 kq. narkotik maddə: tiryək, heroin və marixuana olub.-02D-
Rəy yaz