Xaçmazin kəndləri ABŞ və Azərbaycan hökumətlərinin dəstəyi ilə su təminatini yaxşilaşdirib
XAÇMAZ - Bu gün Xaçmaz rayonunun Xaspoladoba, Arzu və Sərkərli kəndlərində bir yeni suvarma və iki su təminatı layihələrinin açılışı keçirilib. Layihələr nəticəsində yerli fermerlərin suvarma suyuna əlçatanlığı və bir neçə min sakinin texniki su təminatı yaxşılaçacaq. Həmin layihələr ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Azərbaycan+ hökuməti və yerli icmalar arasında əməkdaşlıq çərçivəsində inşa edilib.
Xaspoladoba kəndində qazılmış iki yeni artezian quyusu su çatışmazlığı səbəbindən məhsuldarlığı aşağı düşən ətrafdakı fındıq və meyvə bağlarının suvarma suyu ilə təminatını yaxşılaşdıracaq. Lazımı qədər suvarma suyu fındıq və meyvə ağaclarının məhsuldarlığını, habelə məhsulun ölçü və keyfiyyətini artıracaq. Daha yaxşı məhsuldarlıq yerli fermerlərin gəlirlərinin artmasına səbəb olacaq. Xaspoladoba kəndindəki layihə USAID-in Sosial-İqtisadi İnkişaf Layihəsi (SEDA) və Azərbaycanda Kənd Təsərrüfatına Dəstək Layihəsi çərçivəsində həyata keçirilib.
Arzu və Sərkərli kəndlərində müvafiq olaraq 60 və 25 tonluq yeni su çənləri, habelə iki kənddə toplam 8 kilometrə yaxın yeni su boruları quraşdırılıb. Yeni su sistemləri 2400 sakini gündəlik istifadə üçün su ilə təmin edəcək. Həmin layihələr USAID-in SEDA adlı layihəsi çərçivəsində həyata keçirilib.
USAID, İqtisadiyyat nazirliyi, Xaçmaz rayon icra hakimiyyəti və bələdiyyə nümayəndələri tədbirlərə qatılıblar.
USAID-in Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı layihəsi Azərbaycan hökumətinin dəstəyi ilə Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunur və rayonlarda sosial-iqtisadi inkişafı artırmaq və həyat səviyyəsini yaxşılaşdırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə hökumət nümayəndələrinin əməkdaşlığını təşviq edir. USAID-in SEDA layihəsində iştirak edən icma sakinləri öz vaxt və vəsaitlərini xərcləyərək 146 icmada 240.000-ə yaxın insanın faydalana biləcəyi 131 layihənin həyata keçirilməsinə töhfə veriblər. Bu icmaların bir çoxu yerli hakimiyyət, vətəndaş cəmiyyəti və donorlarla qurduqları münasibətlərdən faydalanaraq digər icma problemlərini həll etmək üçün yeni layihələr həyata keçirib.
USAID-in Azərbaycanda Kənd Təsərrüfatına Dəstək Layihəsi kiçik və orta ölçülü kənd təsərrüfatı müəssisələrinə və fermerlərə müasir becərmə və emal təcrübələri, biznesin idarə edilməsi, marketinq və ixracata dair texniki dəstək göstərir. Layihə kənd təsərrüfatına investisiyalar vasitəsilə Azərbaycan hökumətinin qeyri-neft iqtisadiyyatının genişləndirilməsi və şaxələndirilməsi səylərinə dəstək göstərir.
-
- İqtisadiyyat
- 1 Mart 2019 15:40
-
- Siyasət
- 1 Mart 2019 15:58
Cəmiyyət
-
Azərbaycan hakimiyyətinin təmsilçiləri tez-tez xalqın onlara yüksək dəstəyindən bəhs edirlər. Onların opponentləri isə hesab edirlər ki, ölkədə azad və ədalətli seçkilər olmadığından xalqın gerçəkdə kimi müdafiə etdiyi mübahisəli məsələdir.
-
Yanvarın 24-də Bakıda hava tutqun, yağıntısız olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 5-8 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 20-də "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Artıq bütün Azercell müştəriləri süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətindən yararlana bilərlər Azercell-in süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” xidməti artıq iOS istifadəçiləri üçün də əlçatandır. Abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll müştəri sorğularını 24/7 rejimində operativ şəkildə cavablandırır.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 15:22
- 295
-
- Bazarların icmalı,
- 14:22
- 244
Rəy yaz