İlham Əliyev və Nikol Paşinyan yeni görüşə razılaşıblar
Vyana/01.03.19/Turan: ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan liderlərinin yeni görüş keçirməyə razı olduqlarını bildiriblər.
İqor Popov, Stefan Viskonti və Endrü Şofer 1 mart tarixli bəyanatda bildiriblər ki, fevralın 20-21-də N.Paşinyan və İ.Əliyevlə görüşüblər.
Görüş zamanı liderlər yanvarda Davosda Dünya İqtisadi Forumu çərçivəsində söhbətlər barədə həmsədrlərə məlumat veriblər. Liderlər və həmsədrlər vəziyyəti və gələcək addımlarla bağlı gözləntiləri müzakirə ediblər.
Vasitəçilər təmas xəttində qurbanların olmamasını müsbət qiymətləndiriblər. Onlar həmçinin regionda əhalinin sülhə hazırlanması ilə bağlı diskussiyaları alqışlayıblar.
Liderlər yaxın vaxtlarda Minsk Qrupu həmsədrlərinin himayəsi altında görüş ilə bağlı vasitəçilərin təklifini qəbul ediblər", - ATƏT-in saytında yerləşdirilən bəyanatda deyilir.
Qeyd edək ki, İ.Əliyev və N.Paşinyan üç görüş keçiriblər.-02D-
Siyasət
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
-
Azərbaycan Talışlarının İctimai Şurasının (ATİŞ) İdarə Heyətinin üzvü Hilal Məmmədov yanvarın 23-də Dövlət Təhlükəsizliyi Xidmətində dövlətə xəyanətdə ittiham olunan tədqiqatçı İqbal Əbilovun işi üzrə şahid qismində dindirilib. Məmmədovun Turan-a verdiyi məlumata görə, onu Əbilovun fəaliyyəti, elmi əsərləri və nəşrləri haqqında sorğu-sual ediblər.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 15:22
- 183
-
- Bazarların icmalı,
- 14:22
- 189
Rəy yaz