- Çətin sual
- 2 Noyabr 2021, 16:38
- 355
Rüsumlar əhalinin cibinə uyğun artırılırmı? – Natiq Cəfərli
Bakı/02.11.21/Turan: Azərbaycanda bəzi sahələrdə indiyə qədər tətbiq olunan rüsumların miqdarında dəyişikliklərin edilməsi nəzərdə tutulur. Artıq təkliflər Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin iclasında müzakirə olunub.
Rüsum dəyişiklikləri avto-moto nəqliyyat vasitələrini, minik avtomobilinin mühərrikinin həcmini, avtomobillərin dövlət qeydiyyat nişanlarında əks olunmuş rəqəmlərləri, sürücülük vəsiqəsinin verilməsini, mobil cihazların qeydiyyatını, bank, birja və sığortaçıların qeydiyyatını, nikah məsələlərini, soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması, əmlakın başqa şəxsin mülkiyyətinə keçməsini, baytarlıq şəhadətnaməsinin və sertifikatının verilməsini, dərman qeydiyyatını, Azərbaycan vətəndaşlığına qəbul edilmək, bərpa edilmək və ya vətəndaşlıqdan çıxarılmağı əhatə edir.
Dəyişikliklərin qeydə alınan inflyasiya və digər iqtisadi proseslərlə əlaqəli olması ilə əsaslandırırlar.
Rüsumlar əhalinin cibinə uyğun artırılırmı?
İqtisadçı Natiq Cəfərli Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu və digər suallara cavab verəcək.
Çətin sual
-
ABŞ-nin 47-ci Prezidenti Donald Tramp yanvarın 20-də and içərək vəzifəsinin icrasına başladı.
-
İmişlidə yol-patrul xidməti əməkdaşının iki azyaşlının ölümü, ikisinin isə ağır yaralanmasıyla nəticələnən qəza törətməsi, ardınca rayondakı etirazlarla bağlı sosial şəbəkələrdə paylaşım edən şəxslərin polislər tərəfindən təqib və təzyiqlərə məruz qalması ilə bağlı müstəqil siyasətçi Asif Yusifli Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.
-
Ermənistan- ABŞ, Rusiya -İran strateji tərəfdaşlığı regiona nə vəd edir? – Şahin Cəfərli Çətin sualda
-
Yanvarın 14-də Ermənistan və Amerika Birləşmiş Ştatları (ABŞ) arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalandı.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 15:22
- 117
-
- Bazarların icmalı,
- 14:22
- 161
Rəy yaz