Açiq mənbələrdən foto.
Azərbaycan daha 11 nəfərin meyidini Ermənistan tərəfə təhvil verib
Bakı/02.11.21/Turan: Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı itkin düşmüş hesab olunmuş daha 11 hərbiçinin meyitlərini Ermənistan tərəfə təhvil verib.
Ermənistan KİV-lərinin məlumatına görə, meyitlər Füzuli rayonunun Qırmızı Bazar kəndində Rusiya sülhməramlılarının müşaiyəti ilə təhvil verilib.
Həlak olan şəxslərin kimliyi məhkəmə-tibb ekspertizasından sonra müəyyən ediləcək.
2020-ci il noyabrın 10-da hərbi əməliyyatlar başa çatdıqdan sonra Azərbaycan 1 697 nəfərin meyidini Ermənistana təhvil verib. -06D-
-
- Çətin sual
- 2 Noyabr 2021 16:38
-
- Çətin sual
- 2 Noyabr 2021 17:05
Siyasət
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
-
Azərbaycan Talışlarının İctimai Şurasının (ATİŞ) İdarə Heyətinin üzvü Hilal Məmmədov yanvarın 23-də Dövlət Təhlükəsizliyi Xidmətində dövlətə xəyanətdə ittiham olunan tədqiqatçı İqbal Əbilovun işi üzrə şahid qismində dindirilib. Məmmədovun Turan-a verdiyi məlumata görə, onu Əbilovun fəaliyyəti, elmi əsərləri və nəşrləri haqqında sorğu-sual ediblər.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Audio xəbər
Xəbər lenti
-
- Cəmiyyət,
- 15:22
- 284
-
- Bazarların icmalı,
- 14:22
- 235
Rəy yaz