“Tərtər işi”ndə prokurorluq obyektiv olubmu? – Ərəstun Oruclu
Bakı/02.11.21/Turan: Müəyyən etmişik ki, “Tərtər işi”ndə təkcə işgəncə işi üzrə 100-dən çox şəxsə müxtəlif formada fiziki zorakılıq həyata keçirilib”.Baş prokurorun müavini - Azərbaycanın Hərbi prokuroru, Xanlar Vəliyev bunu noyabrın 1-də jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, istintaqın gedişində bəzi şəxslər məsuliyyətə cəlb olunsalar da sonradan təqsirsiz olduqları aşkar edilib: “Ona görə də həmin şəxslərin barəsindəki cinayət işinə xitam verildi. Demək istəyirəm ki, Hərbi Prokurorluq obyektiv olmağa çalışıb. Zənn edirəm ki, buna nail olub”- deyə X.Vəliyev bildirib.
X.Vəliyev əlavə edib ki, belə hallar hər bir azərbaycanlı üçün qara ləkədir və, belə hallar əvvəllər də olub, onlara qarşı mübarizə aparılıb, məhkəmə məsuliyyətinə cəlb ediliblər. X.Vəliyev qeyd edib ki, Hərbi Prokurorluğun apardığı istintaq zamanı müəyyən olundu ki, Hərbi Prokurorluq istintaq aparana qədər olan dövrdə ayrı-ayrı şəxslərə qarşı - söhbət dövlətə xəyanətdə şübhəli bilinən şəxslər barəsində gedir - fiziki zorakılıqlar, həm də çox ciddi zor tədbirləri həyata keçirilib. Nəticədə Hərbi Prokurorluq cinayət işini aparana kimi bir nəfər şəxs vəfat etmişdi, kütləvi şəkildə hərbçi şəxlərə qarşı qeyri-qanuni işgəncələr həyata keçirilib və cinayət işi başladıldı.
X.Vəliyev deyib ki, saxlanılan şəxslərə işgəncə verən 16 nəfər müxtəlif vəzifəli şəxslər məsuliyyətə cəlb edilib, onlar barəsində cinayət işi açılıb, barələrində məhkəmə hökmləri çıxarılıb, uzun müddət azadlıqdan məhrum ediliblər.
X.Vəliyev bu gün başqa-başqa şəxslərin "Tərtər işi" ilə bağlı səsləndirdiyi iddiaların əsassız olduğunu deyib.
Həqiqətənmi “Tərtər işi”ndə prokurorluq obyektiv araşdırma aparıb?
Siyasi şərhçi Ərəstun Oruclu Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu və digər suallara cavab verəcək.
-
- Siyasət
- 2 Noyabr 2021 16:42
Çətin sual
-
ABŞ-nin 47-ci Prezidenti Donald Tramp yanvarın 20-də and içərək vəzifəsinin icrasına başladı.
-
İmişlidə yol-patrul xidməti əməkdaşının iki azyaşlının ölümü, ikisinin isə ağır yaralanmasıyla nəticələnən qəza törətməsi, ardınca rayondakı etirazlarla bağlı sosial şəbəkələrdə paylaşım edən şəxslərin polislər tərəfindən təqib və təzyiqlərə məruz qalması ilə bağlı müstəqil siyasətçi Asif Yusifli Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.
-
Ermənistan- ABŞ, Rusiya -İran strateji tərəfdaşlığı regiona nə vəd edir? – Şahin Cəfərli Çətin sualda
-
Yanvarın 14-də Ermənistan və Amerika Birləşmiş Ştatları (ABŞ) arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalandı.
Rəy yaz