
Bakı/22.06.21/Turan: İyulun 1-dən Azərbaycanda toy, nişan və doğum günlərinin keçirilməsinə icazə verilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, 50-150 nəfərlik toylar üçün COVİD-pasport tələb olunur, tibbi maskalardan istifadə ləğv edilir.
Toylarda xidmət göstərən personalın ən azı 80 faizinin COVİD-pasportu olmalıdır. Toylarda və digər şənliklərdə qonaqların sayı barədə məlumatlar beş gün qalmış icaze-gov.az portalına daxil edilməlidir. Əks halda, tədbirlərin keçirilməsi qadağandır.
Tədbirdə qonaqların sayı 50 nəfərə qədər olarsa, tibbi maskalardan istifadə lazımdır, ancaq COVID pasportu tələb olunmur.
Müvafiq qərar qəbul edilənədək 150-dən çox adamın iştirakı ilə təntənəli tədbirlərin keçirilməsi qadağandır.
Operativ Qərargahın bu gün qəbul etdiyi bu və digər qərarları həkim Adil Qeybulla saat 16:00-da Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində şərh edəcək.
Rəy yaz