Ermənistanda məhkəmə növbəti dəfə Robert Koçaryanın taleyini həll edir
Bakı/13.09.19/Turan: Yerevan məhkəməsi Anna Danibekyanın sədrliyi ilə Ermənistanın eks-prezidenti Robert Koçaryanın azad edilməsi barədə vəsatət üzrə qərar qəbul etmək üçün müşavirəyə çəkilib. Qərar sentyabrın 17-də saat 13:00-da elan ediləcək.
Koçaryanın vəkilləri bu gün Konstitusiya məhkəməsinin 4 sentyabr tarixli qərarına istinad edərək, sabiq prezidentin cinayət təqibinin dərhal dayandırılması haqqında vəsatət qaldırıb.
Amma prokurorluq və 1 mart 2008-ci il iğtişaşları zamanı xəsarət alanlar Koçaryanın azad edilməsinə etiraz ediblər.
Xatırladaq ki, Koçaryan konstitusiya quruluşunu devirməkdə və mitinq keçirənlərə qarşı 10 nəfərin ölümü ilə nəticələnən repressiyalara yol verməkdə ittiham olunur. Məhkəmə indiyə qədər iki dəfə Koçaryanı həbs və azad edib. -02D-
Dünyada
-
NATO-nun Baş katibi Mark Rutte cümə axşamı ABŞ-ı Ukraynaya silah tədarükünü davam etdirməyə çağırıb və Avropanın bu xərcləri ödəyəcəyini bildirib.
-
Bazar ertəsi, İsrail ilə Həmas arasında atəşkəsin üçüncü günündə humanitar yardım daşıyan 900-ə yaxın yük maşını Qəzza zolağına daxil olub. BMT-nin yüksək rütbəli nümayəndəsi bildirib ki, hələlik heç bir açıq qanun pozuntusu baş verməyib.
-
Donald Tramp özünü sülhməramlı və ABŞ-ın maraqlarının qatı müdafiəçisi kimi göstərdi. O, bazar ertəsi Ağ Evə qayıdandan sonra Panama kanalını ələ keçirəcəyini vəd etdi, eyni zamanda, Rusiyanı Ukrayna ilə bağlı razılıq əldə etməyə inandırmağa çalışdı.
-
Suriyanın faktiki lideri Əhməd əl-Şaraa ABŞ prezidenti Donald Trampı bazar ertəsi andiçmə mərasimi münasibətilə təbrik edərək, iki ölkə arasında münasibətlərin yaxşılaşacağına ümid etdiyini bildirib.
Rəy yaz