2014-cü ilin iqtisadi yekunları
2014-cü ili sosial-iqtisadi proseslər cəhətdən ötən ilin davamı və 2015-cü il üçün təməlin yaradılması ili saymaq olar.
Hökumət sərt məzənnə və pul-kredit siyasəti yürüdüb. Sənaye və texnologiya parklarının yaradılması, beynəlxalq nəqliyyat dəhlizi obyektlərinin tikintisi davam edib. Əsas diqqət 2015-cü ilin iyununda Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlığa yönəldilib.
2014-cü ildə 1,5% inflyasiya, ÜDM-in 2%, əhalinin gəlirlərinin 3,5% artması gözlənilir. Neft ucuzlaşdığı üçün sənaye istehsalının həcmi 2% azalacaq.
Bu il Şabran və Şəmkirdə su anbarlarının tikintisi başa çatıb. Onlar dövlətə bir neçə yüz milyona başa gəlib. Böyük Şorda ekoloji vəziyyət yaxşılaşdırılır. Paralel olaraq idman obyektləri tikilir.
Hökumət “White City” şəhərciyinin tikintisinə dəstək verir. Ərazinin sənaye müəssisələrindən təmizlənməsi dövlət büdcəsinin hesabına həyata keçirilir.
Bakı-Tbilisi-Qars dəmir yolu 2015-ci ildə istismara veriləcək. Gələn il Ələtdə Yeni Bakı Dəniz Limanı da istifadəyə veriləcək.
Nəqliyyatda plastik ödəniş kartlarına keçid baş tutmadı. Nəqliyyat Nazirliyi buna gələn ilin martında nail olacağını bildirir. Bu vaxta qədər 300 yeni avtobus gətiriləcək, bir sıra avtomobil yollarının tikintisi başa çatacaq.
Bu il hökumət ilk dəfə beynəlxalq kapital bazarlarında $1 mlrd 250 mln məbləğində uzunmüddətli istiqraz yerləşdirib. Məqsəd dövlət büdcəsinin kəsirini ödəməkdir.
Daşkəsən və Gəncədə yeni qara metallurgiya kompleksinin yaradılması prosesi sürətləndirilib. Kompleksin 2018-ci ildə tam istismara veriləcəyi gözlənilir.
İqtisadiyyatın struktur və kadr tərkibi dəyişməyib, yalnız Kənd Təsərrüfatı Nazirliyində islahatlar olub. Korrupsiya ilə mübarizə, dövlət vəsaitlərinin xərclənməsinə nəzarət (dövlət büdcəsi, ARDNF) yerli və beynəlxalq ekspertlər tərəfindən az səmərəli qiymətləndirilir. 08B
-
- İqtisadiyyat
- 29 Dekabr 2014 14:03
-
- Siyasət
- 29 Dekabr 2014 15:15
İqtisadiyyat
-
S&P Global Ratings Azərbaycanın bank sektorunun risk qiymətləndirməsini yenidən nəzərdən keçirərək, proqnozu "sabit"dən "müsbət"ə yüksəldib.
-
Ölkədə son günlər çörəyin bahalaşdığı deyilir. Sosial şəbəkələrdə yazılır ki, çörəyin qiymətlərində 5-10 qəpik artım var. Şikayətlərə görə, Azərbaycanda "zavod çörəyi" kimi tanınan çörəyin üstündə çəki barədə məlumat tapmaq çətindir. Yəni, bir çox hallarda bu növ çörəyin üstündə çəki barədə məlumat yazılmır. Ayrı-ayrı sexlərin təndirxanalarında bişən çörəklə də bağlı alıcıya çox vaxt qiymətdən başqa heç bir məlumat verilmir.
-
Rusiya, İran və Azərbaycanın xarici işlər nazirləri, nəqliyyat nazirləri, enerji nazirləri və gömrük xidmətlərinin rəhbərləri yaxın zamanda Rəşt-Astara dəmir yolu layihəsinin icra vəziyyətini müzakirə etmək üçün üçtərəfli görüş keçirəcək. Bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali məlumat verib.
-
Azərbaycan və Tatarıstan enerji, maşınqayırma, neft-kimya, kənd təsərrüfatı və nəqliyyat sahələrində qarşılıqlı maraqlara əsaslanan ticarət və iqtisadi əməkdaşlığı gücləndirməkdə davam edir. İkitərəfli əlaqələr, rəsmi nümayəndə heyətlərinin müntəzəm səfərləri və beynəlxalq iqtisadi forumlarda iştirakı ilə dəstəklənən sabit inkişaf nümayiş etdirir.
Rəy yaz