Novruz Məmmədov Bayerə 4 dildə cavab verdi
Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov ABŞ-ın ATƏT-dəki səfiri Daniel Bayerin “Azadlıq radiosu”nun Bakıdakı ofisinin bağlanması ilə əlaqədar tənqidinə qəzəbli cavab verib.
Bayer öz Twitter səhifəsində yazıb: “Azad mediaya hücum zəif, özünə inamı olmayan, korrupsioner hökumətlərin və liderlərin davranışıdır”.
Öz növbəsində, Məmmədov öz Twitter mikrobloqunda 4 dildə Bayerin fikrini qərəzli və ikitərəfli münasibətlərə ziyan vurmağa yönəlmiş mövqe adlandırıb.
“Təəssüf ki, ABŞ-da bəzi rəsmilər və diplomatlar ölçü hissini tamam itiriblər. Belələrindən biri cənab Baer unudur ki, zorakılığın da, korrupsiyanın da, həbslərin də əsl vətəni elə öz ölkəsidir. Görünür, ABŞ-ın ATƏT-dəki nümayəndəsi cənab Bayerin ölkəsində baş verən hadisələrdən heç xəbəri yoxdur”, deyə Məmmədov qeyd edib.
Məmmədov Bayerə bu günlərdə Senatın kəşfiyyat komitəsində aparılan dinləmələrlə tanış olmağı məsləhət görür (söhbət ABŞ xüsusi xidmətlərinin tətbiq etdiyi işgəncələrdən gedir). -16D06-
-
- İqtisadiyyat
- 29 Dekabr 2014 14:28
-
- Cəmiyyət
- 29 Dekabr 2014 15:20
Siyasət
-
Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi 25 dekabr 2024-cü il tarixində Aktau yaxınlığında baş vermiş Azərbaycan Hava Yollarına məxsus Embraer-190 təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin araşdırma hesabatını dərc edib. Hesabat nazirliyin rəsmi saytında açıq şəkildə yayımlanıb.
-
Brüsselin boz, geniş səmaları altında bu ay Avropa Komissiyasında idarəetmə təşəbbüsünün bir işarəsi həyata keçirildi, Avropa İttifaqının diplomatik əlaqələrində yenilənmiş bir canlanma elan etdi. Yeni qurulan Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorat (DG ENEST) 1 Fevralda debüt etdi, İttifaqın şərq qonşuları və potensial yeni üzvlərlə qarşılıqlı əlaqələrini yenidən tənzimləmək üçün yeni bir kurs müəyyən etdi.
-
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Abzas Media nəşrinin jurnalisti Nərgiz Absalamova nəzarətçi tərəfindən zorakılığa məruz qalıb.
-
Ağ Evin mətbuat katibi Kerolayn Livitt (Karoline Leavitt) jurnalistlərə USAID-in fəaliyyətində nəyin Tramp Administrasiyasını qane etmədiyini açıqlayıb. O, USAID-in vəsait ayırdığı proqramları sadalayıb:
Rəy yaz