Yeni ilin ilk günü soyuq olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti növbəti üç günün ilkin hava proqnozunu açıqlayıb. Dekabrın 31-i və yeni ilin ilk günü Bakıda hava soyuq, rayonlarda yağıntılı olacaq.
Dekabrın 30-da Bakıda və Abşeron yarımadasında yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal küləyi ilə əvəz olunacaq. Gecə 5-7, gündüz 10-15 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında dekabrın 30-da yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 1-6, gündüz 13-18, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.
Bakıda və Abşeron yarımadasında dekabrın 31-də küləkli və bir qədər soyuq keçəcək. Səhər və gündüz 4-6, axşam 2 dərəcəyə yaxın isti olacaq. Yanvarın 1-də soyuq, küləkli hava şəraiti davam edəcək, temperaturun gündüz saatlarında 1-3 dərəcə isti olacağı, axşama doğru isə 0 dərəcəyə yaxınlaşacağı gözlənilir.
Azərbaycanın rayonlarında dekabrın 31-də günün ikinci yarısında əsasən şimal və şərq rayonlarından başlayaraq hava şəraitinin yağıntılı keçəcək, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq. Yanvarın 1-də əksər rayonlarda yağıntılı olacaq, bəzi rayonlarda sulu qara keçəcək, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. -03D-
Cəmiyyət
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
Rəy yaz