Komitə sədri Qərbi Azərbaycanda dini durumu gərginləşdirməkdə suçlayıb
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda və islam ölkələrində dini sahədəki durumla bağlı məıtbuata açıqlama verib.
Şagirdlərə dinin əsaslarının tədris olunması ilə bağlı IX-X sinif şagirdlərinə dini təhsil mümkün sayılıb. Dini tədrisi nəzərdə tutan dərsliyin adının “Dini bilgilərin əsasları” və ya “Din və mədəniyyətin əsasları” ola biləcəyi vurğulanıb. Onun fikrincə, belə fənn yarım dərs ili ərzində məktəblərdə tədris oluna bilər. Dərslikdə dinin mahiyyəti və gənclərin ayıq-sayıq ola bilməsi üçün zərərli dini cərəyanlar haqda məlumat verilməsi də mümkün sayılır.
Hazırda dünyanın 30 ölkəsində qanlı toqquşmalar getdiyi deyilib və bunun 12-sinin dini əsaslı olduğu və islam ölkələri daxilində çox olduğu bildirilib. Son 14 ildə toqquşmalar nəticəsində dünyada 1 milyon 200 min nəfərdən çox insann həlak olduğu, bu ölümlərin xeyli hissəsinin dini əsaslı toqquşmalar nəticəsində baş verdiyi ifadə edilib. “Tövrat, İncil, Quran kitablarının heç birində müharibəyə çağırış, insanların öldürülməsi çağırışları yoxdur. Müqəddəs kitablar insanları humanizmə, sülhə, qardaşlığa çağırır. “Quran-i-Kərim” insanları sülhə çağırır”, - deyə M.Qurbanlı islam ölkələrində dini əsaslı toqquşmaların heç də dindən qaynaqlanmadığını bidlirib.
Komitə sədri Qərb ölkələrinin, o cümlədən ABŞ-ı, dini tolerantlıq sahəsində Azərbaycandan öyrənməyə çağırıb. O, hazırda Orta Şərq ölkələrində baş verən silahlı toqquşmalara görə Qərb ölkələrini ittiham edib. O, Qərb ölkələrini radikal islamçı qrupları siyasi səhnəyə daha qabarıq şəkildə çıxarmaqda günahlandırıb. Onun fikrincə, bu qrupları hərbi baxımdan Qərb hazırlayıb və bu prosesə Qərb emissarlarının iştirakı barədə yüzlərlə faktlar var. “Qərbin bu son intriqası nəticəsində “Allahu əkbər” sədası ilə müsəlman müsəlmanı qətlə yetirir, sünni şiənin məscidini partladır, şiə də sünnilərə eyni cavabı verir, vəhabilər isə hər ikisinin kəndlərini dağıdır”, - deyə Komitə sədri ittihamlarını davam etdirib.
“Acı gerçəklik odur ki, xaç yürüşləri bu gün də davam edir, amma onu XXI əsrdə müsəlmanı müsəlmana qırdırmaqla həyata keçirirlər. Bu prosesdə Qərbin strateji mərkəzləri, necə deyərlər, “bir güllə ilə iki dovşan” vururlar. Bir tərəfdən islam dini dünya ictimai rəyində gözdən salınır, digər tərəfdən “idarə olunan xaos” yolu ilə məqsədə nail olunur - ərəb dünyası, Yaxın Şərq qan çanağına çevrilir”, deyə komitə sədri tarixi xaç yürüşlərilə bugünki hadisələr arasında paralel aparıb. Komitə sədri Qərb ölkələrini Afrikadan Cənubi-Şərqi Asiyaya kimi coğrafi arealın təbii və insan resurslarını nəzarətdə saxlamaq kimi imperiyaçı siyasətdə suçlayıb.
Komitə sədrinə görə, Azərbaycanda dini durumu gərginləşdirmək üçün kənar qüvvələrin təsiri hələ tam kəsilməyib, buna cəhdlər var. Onun fikrincə, Azərbaycanda dini icmalar arasında süni gərginlik yaratmaqla Yaxın Şərqdəki prosesləri ölkəyə ixrac etmək təşəbbüsləri davam edir, amma bu cəhdlər uğursuzluğa düçar olur.
M.Qurbanlı ölkədə həyata keçirilən düzgün dini siyasət nəticəsində bu sahədə mövcud olan “beşinci kolonlar”ın da iflasa uğradıldığını, ölkədə dini zəmində hansısa ixtilaf yaratmaq cəhdinin qarşısını almaq gücündə olan mükəmməl hüquq-mühafizə sistemi olduğunu vurğulayıb.
Son olaraq, komitə sədri Azərbaycanda siyasi yönümdə gərginlik yarada bilməyən məlum anti-azərbaycançı şəbəkənin dini yönümdə də mənfi niyyətini həyata keçirə bilməyəcəyi bəyanatı səsləndirib. -05D-
-
- Cəmiyyət
- 29 Dekabr 2014 15:20
-
- İqtisadiyyat
- 29 Dekabr 2014 16:54
Siyasət
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı barədə məlumat yayıb.
-
Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi 25 dekabr 2024-cü il tarixində Aktau yaxınlığında baş vermiş Azərbaycan Hava Yollarına məxsus Embraer-190 təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin araşdırma hesabatını dərc edib. Hesabat nazirliyin rəsmi saytında açıq şəkildə yayımlanıb.
-
Brüsselin boz, geniş səmaları altında bu ay Avropa Komissiyasında idarəetmə təşəbbüsünün bir işarəsi həyata keçirildi, Avropa İttifaqının diplomatik əlaqələrində yenilənmiş bir canlanma elan etdi. Yeni qurulan Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorat (DG ENEST) 1 Fevralda debüt etdi, İttifaqın şərq qonşuları və potensial yeni üzvlərlə qarşılıqlı əlaqələrini yenidən tənzimləmək üçün yeni bir kurs müəyyən etdi.
-
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Abzas Media nəşrinin jurnalisti Nərgiz Absalamova nəzarətçi tərəfindən zorakılığa məruz qalıb.
Rəy yaz