ADA tələbələri AZAL-a gəldi, amma Silk Way Holding-də oldular
Oktyabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportu ADA Universitetinin tələbələri üçün ekskursiya təşkil edib.
Tələbələr bütün hava gəmilərinə müasir dünya standartları səviyyəsində texniki xidmət göstərmək üçün hər cür şəraitin olduğu "Silkway Technics" şirkətinin anqar kompleksi ilə tanış olublar, deyə aeroportun mətbuat xidmətində Turan-a bildiriblər.
Bundan sonra tələbələr regionda ən böyük logistik mərkəzi olan “Baku Cargo Terminal” yük terminalında olublar.
“Silk Way Business Aviation” biznes-aviasiyası ekskursiyanın növbəti məntəqəsi olub. Burada tələbələr “Gulfstream business-jet” təyyarələri ilə tanış olublar.
Ekskursiya sərnişin təyyarəsini gəzməklə başa çatıb, həmçinin tələbələr pilot kabinəsində olmaq şansı əldə ediblər.
Başqa sözlə, AZAL-a gələn tələbələr, əslində Silk Way Holding-də olublar. Praktik olaraq, Beynəlxalq Aeroportun ərazisindəki bütün mülki aviasiya obyektləri bu özəl şirkətindir və ya onun tərəfindən istismar edilir. --08D--
-
- İqtisadiyyat
- 25 Oktyabr 2016 11:42
-
- İqtisadiyyat
- 25 Oktyabr 2016 12:12
İqtisadiyyat
-
Fevral ayının sonunda Pakistan və Azərbaycan hökumətlərinin 2 milyard dollarlıq sərmayə müqaviləsi imzalaması gözlənilir ki, bu müqaviləyə SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) ilə bir neçə layihə də daxil olacaq. Turan informasiya agentliyinin verdiyi məlumata görə, yanvar ayında İslamabad və Bakıda müzakirə olunan enerji əməkdaşlığı layihələri müqavilədə yer alacaq. Bu layihələr arasında enerji səmərəliliyi təşəbbüsləri, boru kəmərinin tikintisi və SOCAR-ın Pakistanda yeraltı qaz anbarlarının yaradılması layihələrini araşdırmaq niyyəti yer alır. Həmçinin, Pakistan tərəfindən ölkədəki neft-qaz yataqlarının kəşfiyyatı və hasilatı ilə bağlı təqdim olunan sənədlər də bu müqaviləyə daxil olacaq.
-
Azərbaycan, içməli və suvarma su təchizatlarını təsir edən kəskin su qıtlığı ilə üzləşməyə davam edir. Bu problem, tez-tez mətbuatın diqqətində olmasına baxmayaraq, hələ də həll edilməyib. Xüsusilə fermerlər bu vəziyyətdən ciddi təsirlənirlər.
-
Azərbaycanın Dövlət Vergi Xidmətinin (DVX) nümayəndələri Alman-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən təşkil edilən vergi, gömrük və hüquqi məsələlər üzrə işçi qrupunun növbəti iclasında iştirak ediblər.
-
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlara 192 startap sertifikatı təqdim edib, onların təxminən 50%-i isə gənclərdir. Bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov V Gənc Sahibkarlar Forumunda Bakı şəhərində məlumat verib. Bu bəyanat, hökumətin ölkənin gənc sahibkarları arasında innovasiyanı dəstəkləməyə daha çox diqqət ayırdığını göstərir.
Rəy yaz