Bağlanan 10 bankın əmanətçilərinə 590 mln manat kompensasiya ödənilib
Əmanətlərin Sığortalanması Fondu bağlanan 10 bankın əmanətçilərinə 590 mln 131 min manat kompensasiya ödəyib.
Turan-ın məlumatına görə, «Parabank» əmanətçilərinə 32 milyon 883 min manat, “Zaminbank” əmanətçilərinə 51 milyon 022 min manat, “Kredobank” əmanətçilərinə 23 milyon 075 min manat və “Dekabank” əmanətçilərinə isə 2 milyon 858 min manatdan artıq kompensasiya ödənilib.
“Atrabank” əmanətçiləri 14 milyon 110 min manat, “Qafqaz İnkişaf Bankı”nın əmanətçiləri 1 milyon 876 min manat, “Bank of Azerbaijan” əmanətçiləri 24 milyon 091 min, “Gəncəbank” əmanətçiləri 969 min manat, “Texnikabank” əmanətçiləri 119 milyon 978 min manatdan artıq kompensasiya alıb. --71D--
-
- İqtisadiyyat
- 25 Oktyabr 2016 11:47
-
- İqtisadiyyat
- 25 Oktyabr 2016 12:28
İqtisadiyyat
-
Fevral ayının sonunda Pakistan və Azərbaycan hökumətlərinin 2 milyard dollarlıq sərmayə müqaviləsi imzalaması gözlənilir ki, bu müqaviləyə SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) ilə bir neçə layihə də daxil olacaq. Turan informasiya agentliyinin verdiyi məlumata görə, yanvar ayında İslamabad və Bakıda müzakirə olunan enerji əməkdaşlığı layihələri müqavilədə yer alacaq. Bu layihələr arasında enerji səmərəliliyi təşəbbüsləri, boru kəmərinin tikintisi və SOCAR-ın Pakistanda yeraltı qaz anbarlarının yaradılması layihələrini araşdırmaq niyyəti yer alır. Həmçinin, Pakistan tərəfindən ölkədəki neft-qaz yataqlarının kəşfiyyatı və hasilatı ilə bağlı təqdim olunan sənədlər də bu müqaviləyə daxil olacaq.
-
Azərbaycan, içməli və suvarma su təchizatlarını təsir edən kəskin su qıtlığı ilə üzləşməyə davam edir. Bu problem, tez-tez mətbuatın diqqətində olmasına baxmayaraq, hələ də həll edilməyib. Xüsusilə fermerlər bu vəziyyətdən ciddi təsirlənirlər.
-
Azərbaycanın Dövlət Vergi Xidmətinin (DVX) nümayəndələri Alman-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən təşkil edilən vergi, gömrük və hüquqi məsələlər üzrə işçi qrupunun növbəti iclasında iştirak ediblər.
-
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlara 192 startap sertifikatı təqdim edib, onların təxminən 50%-i isə gənclərdir. Bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov V Gənc Sahibkarlar Forumunda Bakı şəhərində məlumat verib. Bu bəyanat, hökumətin ölkənin gənc sahibkarları arasında innovasiyanı dəstəkləməyə daha çox diqqət ayırdığını göstərir.
Rəy yaz