ADY rəhbəri Şanxayda DHL şirkətinin nümayəndələrilə görüşüb
Çində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun “DP DHL global forwarding” şirkətinin Şanxay bölgəsinin rəhbəri Allen Çen ilə görüşündə “Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəsi olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı və perspektivləri müzakirə edilib.
Almaniya şirkətinin nümayəndələri Azərbaycan ərazisindən keçən dəhlizdən istifadə edərək Asiya və Avropa arasında yükdaşımalar həyata keçirməkdə maraqlı olduqlarını bildiriblər.
Qeyd olunub ki, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildikdən sonra bu nəqliyyat dəhlizi ilə yükdaşımaların həcmi dəfələrlə oartacaq və Asiya ölkələri ilə Avropa arasında yüklərin çatdırılma vaxtı qısalacaq.
Bu vaxta kimi DHL Azərbaycandan keçməklə 5 sınaq qatarı yola salıb
“Azərbaycan Dəmir Yolları” rəhbərliyi “DP DHL global forwarding” şirkətinin
Şanxaydakı yük terminalına baş çəkib.--08D--
-
- İqtisadiyyat
- 25 Oktyabr 2016 12:12
-
- Cəmiyyət
- 25 Oktyabr 2016 12:36
İqtisadiyyat
-
Fevral ayının sonunda Pakistan və Azərbaycan hökumətlərinin 2 milyard dollarlıq sərmayə müqaviləsi imzalaması gözlənilir ki, bu müqaviləyə SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) ilə bir neçə layihə də daxil olacaq. Turan informasiya agentliyinin verdiyi məlumata görə, yanvar ayında İslamabad və Bakıda müzakirə olunan enerji əməkdaşlığı layihələri müqavilədə yer alacaq. Bu layihələr arasında enerji səmərəliliyi təşəbbüsləri, boru kəmərinin tikintisi və SOCAR-ın Pakistanda yeraltı qaz anbarlarının yaradılması layihələrini araşdırmaq niyyəti yer alır. Həmçinin, Pakistan tərəfindən ölkədəki neft-qaz yataqlarının kəşfiyyatı və hasilatı ilə bağlı təqdim olunan sənədlər də bu müqaviləyə daxil olacaq.
-
Azərbaycan, içməli və suvarma su təchizatlarını təsir edən kəskin su qıtlığı ilə üzləşməyə davam edir. Bu problem, tez-tez mətbuatın diqqətində olmasına baxmayaraq, hələ də həll edilməyib. Xüsusilə fermerlər bu vəziyyətdən ciddi təsirlənirlər.
-
Azərbaycanın Dövlət Vergi Xidmətinin (DVX) nümayəndələri Alman-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən təşkil edilən vergi, gömrük və hüquqi məsələlər üzrə işçi qrupunun növbəti iclasında iştirak ediblər.
-
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlara 192 startap sertifikatı təqdim edib, onların təxminən 50%-i isə gənclərdir. Bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov V Gənc Sahibkarlar Forumunda Bakı şəhərində məlumat verib. Bu bəyanat, hökumətin ölkənin gənc sahibkarları arasında innovasiyanı dəstəkləməyə daha çox diqqət ayırdığını göstərir.
Rəy yaz