![Azərbaycan oliqarxının Türkiyədə yeni nəqliyyat şirkəti](https://turan.az/resized/media/2015/main/010500101826-750-500-resize.webp)
Azərbaycan oliqarxının Türkiyədə yeni nəqliyyat şirkəti
Son vaxtlar adı bir çox qalmaqallarda hallanan Hafiz Məmmədov Türkiyədə özünü sınamaq qərarına gəlib.
Bu ölkədə onun adına avtomobil yük daşımaları ilə məşğul olacaq şirkət qeydiyyata alınıb. Məmmdovun Azərbaycanda neft və qeyri-neft yükləri, sərnişin daşıyan bir neçə şirkəti var.
İstanbu Ticarət Palatasının (http://www.ito.org.tr), Ticari Palatalar və Birjalar Birliyinin (http://www.ticaretsicil.gov.tr/index.php) məlumatına görə, 24 dekabr 2014-cü ildə “Azlog Group İthalat İhracat Limited”(qeydiyyat nömrəsi № 953077/0) qeydiyyata alınıb. O, Hafiz Məmmədova məxsusdur. İlkin üzvlük haqqı 10 min türk lirəsidir. Əsas idarəçi Məmmədov özüdür.
Bu ilin iyununda onun şirkəti (“Baghlan Group FZCO”) beynəlxalq maliyyə bazarlarında yerləşdirilən $150 mln avrobondu ödəməlidir. İstiqrazlar üzrə illik faiz dərəcəsi 14,75%-dir. Holdinqin kağızları 2012-ci ilin uyununda 3 illiyə yerləşdirilib. 2013-cü ilin dekabrında holdinq öhdəliyin ödənilməsi problemi ilə üzləşib və texniki defolt elan edilib. Növbəti ödəniş ötən ilin 27 dekabrında olmalı idi.
Hafiz Məmmədov da başqa oliqarxlar kimi maliyyə hesabatı açıqlamağı sevmir. Holdinqin saytı (www.baghlangroup.com) bir neçə aydır işləmir. 08B
-
- Cəmiyyət
- 5 Yanvar 2015 12:00
-
- İqtisadiyyat
- 5 Yanvar 2015 12:12
İqtisadiyyat
-
BP, Azərbaycanın strateji tərəfdaşı olaraq, ölkədə demək olar ki, 32 ildir fəaliyyət göstərir və 2025-ci il və orta müddətli gələcək üçün, həm davam edən layihələr (“Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” – ölkənin əsas yataqları), həm də Cəbrayıl rayonunda Şahdağ Günəş Elektrik Stansiyasının (GES) yaradılması üçün “yaşıl” layihə barədə addımlarını müəyyən edib. BP-nin baxışlarını Xəzər Regionu üzrə vitse-prezident Bakhtiyar Aslanbeyli bölüşüb.
-
Keçən həftə Bakıda SOCAR və Tatneft arasında daha bir danışıqlar raundu baş tutdu. Son üç ildə iki şirkət potensial əməkdaşlıq imkanlarını müzakirə edir.
-
Azərbaycanın korporativ sektoru, əməkdaşları qiymətləndirmək üçün uyğun bir sistem yaratmalıdır. PASHA Holding-in icraçı direktoru Cəlal Qasımov, Bakıdakı İnsan İnkişafı Forumunda çıxış edərək, əməkdaşların yalnız nəticələrə əsaslanaraq qiymətləndirilməsindən daha irəli getməyin vacibliyini vurğulayıb.
-
Azerbaycanın Xəzər dənizində yerləşən Azeri Central East (ACE) platformasının istifadəyə verilməsi 2024-cü ildə BP üçün mühüm mərhələ olub, BP-nin CEO-su Murray O'Kinkloss 11 fevralda şirkətin 2024-cü il üzrə hesabatını təqdim edərkən belə deyib.
Rəy yaz