![Türkiyədə Azərbaycan kapitallı 150-dən çox şirkət yaradılıb](http://turan.az/resized/750/500/resize/media/2015/main/010500101830.jpg)
Türkiyədə Azərbaycan kapitallı 150-dən çox şirkət yaradılıb
2014-cü ilin 11 ayında Türkiyədə Azərbaycan kapitallı 153 şirkət yaradılıb. Yaradılan şirkətlərin sayına görə Azərbaycan bu ölkəyə investorların ilk onluğuna daxildir.
Türkiyə Ticarət Palatasının məlumatına görə, bu dövrdə 44 mln Tl-dən çox kapitalı olan 38 səhmdar cəmiyyəti yaradılıb. Bunun 27,4 mln TL-i (62,3%) Azərbaycan sahibkarlarına məxsusdur. Qalan şirkətlər (115) məhdud məsuliyyətlidir.
2013-cü ildə Azərbaycan investorları Türkiyədə 178 şirkətin yaradılmasında iştirak edib (o cümlədən 43 SC), onlara 50 mln Tl qoyublar. Şirkətlrəin çoxunda azərbaycanlı investorlar həlledici səsə malik olub, kapitalın 58,75%-i formalaşdırıblar.
Azərbaycan investorları əsasən mehmanxana və yeyinti biznesi, idxal-ixrac, ticarət, nəqliyyat sahələrinə vəsait qoyur. 08B
-
- İqtisadiyyat
- 5 Yanvar 2015 12:09
-
- İqtisadiyyat
- 5 Yanvar 2015 12:28
İqtisadiyyat
-
Azərbaycanın istehlak qiymətləri 2025-ci ilin yanvar ayında əvvəlki ayla müqayisədə ümumilikdə 2.1% artıb. Dövlət Statistika Komitəsinin son hesabatına görə, ərzaq məhsullarının qiymətləri 2.4% artıb, tərəvəz və meyvələr isə qiymət artımının əsas səbəbləri sırasındadır, müvafiq olaraq 3.7% və 5.6% artıb. Qida olmayan məhsullar və xidmətlərdə isə daha müvazil bir artım müşahidə olunub, qiymətlər 1.1% yüksəlib, nəqliyyat sektoru və mənzil xidmətləri isə kiçik qiymət artımları ilə üzləşib.
-
Fevralın 11-də Azərbaycan Pakistanın şimal-şərqindəki Punjab əyalətində ticarət evi açıb. Bu tədbir, Pakistan mətbuatına görə, "Azərbaycan və Pakistan arasındakı ikitərəfli əlaqələrin möhkəmlənməsi üçün əhəmiyyətli" hesab olunur. Açılış mərasimində Punjab Maliyyə naziri Mian Müctəba Şuca-ür-Rəhman iştirak edib və bu, iqtisadi əməkdaşlıqda mühüm bir addım kimi qiymətləndirilib.
-
BP, Azərbaycanın strateji tərəfdaşı olaraq, ölkədə demək olar ki, 32 ildir fəaliyyət göstərir və 2025-ci il və orta müddətli gələcək üçün, həm davam edən layihələr (“Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” – ölkənin əsas yataqları), həm də Cəbrayıl rayonunda Şahdağ Günəş Elektrik Stansiyasının (GES) yaradılması üçün “yaşıl” layihə barədə addımlarını müəyyən edib. BP-nin baxışlarını Xəzər Regionu üzrə vitse-prezident Bakhtiyar Aslanbeyli bölüşüb.
-
Keçən həftə Bakıda SOCAR və Tatneft arasında daha bir danışıqlar raundu baş tutdu. Son üç ildə iki şirkət potensial əməkdaşlıq imkanlarını müzakirə edir.
Что ждать Что ждать Азербайджану от новой администрации США? - беседа с Лоренсом Шитсом
Xəbər lenti
-
- Cəmiyyət,
- 14:08
- 137
Rəy yaz