Azərbaycan qazının Türkiyəyə tədarük vaxtı dəqiqləşdirilib
Trans-Anadolu qaz kəmərinin (Trans Anadolu Pipeline, TANAP) tikinti layihəsinin reallaşdırılması üzrə konsorsium 2018-ci ilin sonunda bu boru kəməri ilə ilk qazın tədarükünə başlamağı planlaşdırır, deyə “SOCAR Turkiye Enerji” şirkətinin rəhbəri Kənan Yavuz məlumat verib.
“$10 mlrd. dəyərində bu layihənin reallaşdırılması uğurla davam etdiriləcək. 2018-ci ilin sonuna kimi TANAP qaz kəmərinin Eskişehirə qədər (Türkiyənin qərbində şəhər - red) hissəsinin tikintisini başa çatdırmağı planlaşdırırıq. Bu, Türkiyənin daxili tələbatlarının təminatı məqsədilə “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından Azərbaycan qazının tədarükünə başlamağa imkan verəcək”, - deyə K.Yavuz bildirib.
Onun sözlərinə görə, Azərbatcan qazının Avropaya tədarükünün təminatı məqsədilə TANAP qaz kəmərinin qalan hissəsinin tikintisi daha gec müddətdə başa çatdırılacaq (bu, onunla bağlıdır ki, ТАР qaz kəməri 2020-ci ilin sonuna hazır olacaq, - red).
Qeyd edək ki, TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 mlrd kubmetri Avropaya, 6 mlrd kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək.
TANAP layihəsində BOTAS - 30%. SOCAR 58%, BP - 12% paya malikdir.
SOCAR maliyyə yükünü azaltmaq üçün payının 7%-i SOCAR Turkey Energy-yə satmaq istəyir. –12В--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə cinayətləri və terrorizmin maliyyələşdirilməsinə qarşı mexanizmləri gücləndirmək üçün strateji addım çərçivəsində Baş nazirin müavini Samir Şərifov yenidən qurulmuş Terrorizmin Maliyyələşdirilməsinə və Digər Maliyyə Cinayətlərinə qarşı Mübarizə üzrə Koordinasiya Şurasının sədri təyin olunub.
-
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov və İran Dəmir Yollarının rəhbəri Cabbar Əli Zəkəri Sərdrudi Tehranda keçirilmiş Azərbaycan–İran Birgə Hökumətlərarası Komissiyasının iclasında Astara terminallarında əməkdaşlığın gücləndirilməsi məsələsini müzakirə ediblər. Bu terminallar Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin (INSTC) əsas qovşaqları hesab olunur. Görüşdə bu terminalların əməliyyat səmərəliliyinin artırılması və onların strateji əhəmiyyətinin vurğulanması ilə iki ölkə arasında yükdaşımaların artan həcminə dəstək məsələləri diqqət mərkəzində olub.
-
Azərbaycan "Yaşıl Enerji Zonasının" məqsədli qrupunun əlaqələndirilmiş səyləri ilə yaşıl enerjiyə keçidini sürətləndirir. Bu məqsədli qrup son hibrid görüşünü irəliləyişləri nəzərdən keçirmək və gələcək prioritetləri müəyyən etmək üçün təşkil edib. Energetika Nazirliyi çərşənbə günü keçirilən sessiya ilə bağlı açıqlamasında, bu qrupun 2022–2026-cı illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyasının həyata keçirilməsində mərkəzi rolunu vurğulayıb. Bu strategiya Azərbaycanın dayanıqlı inkişaf ambisiyalarının əsasını təşkil edir.
-
Azərbaycanın dövlət mədən şirkəti olan AzerGold, qlobal mədən sektorunda iştirakını genişləndirmək səyləri çərçivəsində Afrikada türk şirkətləri ilə strateji əməkdaşlıq imkanlarını araşdırır. AzerGold QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və Türkiyə Xarici İşlər Nazirliyinin Qərbi və Mərkəzi Afrika Departamentinin rəhbəri Şəbnəm Cenk arasında keçirilən son danışıqlarda qarşılıqlı faydalı tərəfdaşlıq potensialı vurğulanıb.
Rəy yaz