Mətbuat-Monitorinq 31.08.15
Rəsmi qəzetlər səhifələrində daha çox iqtidarın təbliğinə dair yazılara geniş yer veriblər.
“Azadlıq” qəzeti son bir neçə ayda problemli kreditlərin həcminin 51 milyon dollara çatmasını ilk səhifəyə çıxararaq bunu “fantastik artım” adlandırır.
Qəzet bütünlükdə iqtidarın vətəndaş-cəmiyyət münasibətlərində yol verdiyi özbaşınalıqlara diqqəti çəkir.
Biləsuvar rayon sakini Samir Poladov avqustun 23-də Bakıda işlədiyi halda həmin gün Mingəçevirdə keçirilən aksiyada iştiraka görə saxlanılaraq barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Həyat yoldaşı iki il öncə həkim səhlənkarlığı nəticəsində dünyasını Anar Niftəliyevi bu cinayətdə adı hallanan anestezioloq Firuz İbrahimov maşınla vuraraq qaçıb.
Avropa/Azadlıq radiolarının keçmiş şefi Cefri Gedmin və amerikalı araşdırmaçı-jurnalist Güry Smit ölkədə hakim ailənin biznes aləmini araşdırdığı üçün həbs olunan jurnalist Xədicə İsmayılı azad etməyi ABŞ-ın vəzifəsi sayıblar.
Qəzet postsovet ölkələri içində İlham Əliyevi “diktatorlaın ən pisi” adlandıraraq Lukaşenko və Nazarbayev kimi diktatorların belə müxalifətə qarşı mübarizədə “qırmızı xətti” keçmədiyini xüsusi vurğulayır.
AXCP sədri Əli Kərimli ölkədə kənd təsərrüfatını inkişaf etdirməyi bacarmayan iqtidarın kosmik sənayeni inkişaf etdirməkdən danışmasının “acı gülüş” doğurmasına diqqət çəkir.
İnsan hüqüq və azadlıqlarının durumuna görə 150 ölkə arasında Gürcüstanın 48-ci, Ermənistanın 51-ci, Azərbaycanın isə 126-cı yerdə olmasını qəzet “ən pis vəziyyət Azərbaycandadır” kimi şərh edir.
“Yeni Müsavat” NATO baş katibinin Gürcüstan səfərindən sonra RF XİN başçısı Lavrovun Azərbaycana təcili səfərini “Putinin mesajını Bakıya gətirməsi” kimi dəyərləndirərək ön plana çıxarıb.
Qəzet neftin qiymətinin aşağı düşməsilə bəzi nazirlik və komitələrin birləşdiriləcəyi, icra hakimiyyətlərində bəzi qurumların ləğv ediləcəyilə kütləvi ixtisarların gözlənildiyini yazır.
Qəzetin yazdığına görə, Dövlət Əmlak Komitəsi Samuxda torpaq maxinasiyalarının baş verməsini, “Gəncəbank” rəhbərinə hektarlarla torpağın qanunsuz ayrıldığını təsdiqləyib.
Ekspertlər bir şagirdin birinci sinfə getməsinin valideynlərə 1000 manata başa gəlidiyini iddia edirlər.
-
- Siyasət
- 31 Avqust 2015 01:14
-
- İqtisadiyyat
- 31 Avqust 2015 12:44
Cəmiyyət
-
Azərbaycan hakimiyyətinin təmsilçiləri tez-tez xalqın onlara yüksək dəstəyindən bəhs edirlər. Onların opponentləri isə hesab edirlər ki, ölkədə azad və ədalətli seçkilər olmadığından xalqın gerçəkdə kimi müdafiə etdiyi mübahisəli məsələdir.
-
Yanvarın 24-də Bakıda hava tutqun, yağıntısız olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 5-8 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 20-də "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Artıq bütün Azercell müştəriləri süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətindən yararlana bilərlər Azercell-in süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” xidməti artıq iOS istifadəçiləri üçün də əlçatandır. Abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll müştəri sorğularını 24/7 rejimində operativ şəkildə cavablandırır.
Rəy yaz