Aİ missiyasının rəhbəri İlqar Məmmədova baş çəkib
Avqustun 30-da Aİ Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard 2 saylı koloniyada saxlanılan REAL hərəkatının lideri İlqar Məmmədova baş çəkib.
REAL bildirib ki, görüş zamanı Azərbaycanda siyasi vəziyyət, qarşıdakı parlament seçkiləri, İ.Məmmədovla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının yerinə yetirliməsinə dair məsələlər müzakirə edilib.
İ.Məmmədov İsmayıllı hadisələri ilə əlaqədar 7 il azadlıqdan məhrum edilib.
2014-cü ildə Strasburq Məhkəməsi həbs zamanı İ.Məmmədovun hüquqlarının pozulduğunu, həmçinin onun siyasi motivlərlə təqib olunduğunu təsdiqləyib.
Lakin Azərbaycan hökuməti AİHM-in İ.Məmmədovla bağlı qərarının icrasını, həmçinin Azərbaycan Ali Məhkəməsində onun kassasiya şikayətinə baxılmasını yubadır.
Avropa Şurası Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hakimiyyətini İ.Məmmədovun barəsində AİHM-in qərarını yerinə yetirməyə və onu həbsdən azad etməyə çağırıb.—06D--
Siyasət
-
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Rəy yaz