AzMeCo şirkəti 100 min ton metanol ixrac edib
Azərbaycan Metanol Şirkəti (AzMeCo) 2014-cü ilin avqustundan 100 min ton metanol ixrac edib. Gəlirlər barədə məlumat verilmir.
Metanol Bakı, Poti və Kulevi limanları vasitəsilə çatdırılır. Satış limanlarına metanol AzMeCo-nun vaqonları ilə çatdırılır. Mal Türkiyə, Rumıniya, Sloveniya, Hollandiya və Belçikaya ixrac edilir.
AzMeCo metanolunun əsas alıcısı Britaniyanın ВР şirkətidir. Deyilən dövrdə metanol əsasən Kulevi limanlından satılıb.
Bundan başqa, AzMeCo metanol satış və daşınmasına yenilik edib. İlk dəfə məhsul Volqa-Don kanalı ilə daşınıb, həmçinin Poti və Kulevi limanlarında iri miqyaslı yüklənməsi olub.
«Metanol zavodunun tikintisi və fəaliyyəti özəl sektora dəstəyin nümunəsidir. Bu zavod qeyri-neft sektoruna ən iri investisiyalardandır», - deyə AzMeCo Direktorlar Şurasının sədri Nizami Piriyev bildirib.
AzMeCo 2007-ci ildə yaradılıb. İllik istehsal gücü 560 min tondur. Yaxın vaxtlarda onun gücü 720 min tona çatdırılacaq. Müəssisədə 440 nəfər çalışır.
Dünya bazarında metanolun qiyməti keyfiyyətindən asılı olaraq $350-$1000-dır. 08В
-
- Cəmiyyət
- 26 Dekabr 2014 12:52
İqtisadiyyat
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Aralıq dənizinin ən iri dəniz yataqlarından biri olan Tamar qaz yatağında 10% pay əldə etmək üçün Union Energy ilə müqavilə imzalayıb, şirkət çərşənbə günü bəyanatında bildirib.
-
Yanvarın 30-da Azərbaycan Prezidenti İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramını” təsdiqləyən sərəncam imzalayıb. Bu proqram paytaxtın nəqliyyat sistemini modernləşdirməyi və tıxacları azaltmağı hədəfləyir, prezidentin mətbuat xidməti çərşənbə axşamı bildirib.
-
Goldman Sachs neft qiymətləri ilə bağlı proqnozlarını yenidən nəzərdən keçirib və 2025 və 2026-cı illər üçün Brent və Azeri Light markalı neftin qiymət proqnozlarını hər barel üçün 2 dollar artıraraq 78 dollar səviyyəsinə çatdırıb. Bu düzəliş, ABŞ sanksiyalarının Rusiyanın neft hasilatına təsiri və İran neft ixracına qarşı mümkün gələcək məhdudiyyətlər daxil olmaqla, geosiyasi risklərdən qaynaqlanan daha sərt təchizat şərtləri gözləntilərini əks etdirir.
-
Azərbaycan Dəmir Yolları (ADY) Bakıdan 45 kilometr şərqdə yerləşən Zira Limanından tranzit dəmir yolu yük daşımalarını işə salıb və bununla da ölkənin Orta Dəhlizdə logistika mərkəzi kimi mövqeyini gücləndirib.
Rəy yaz