Daha bir mənzil- tikinti şirkətinin dələduzluğu
“Karat” mənzil-tikinti kooperativinin qanunsuz hərəkətlərilə bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan istintaq işi yekunlaşıb.
İstintaq “Karat” MTK-nın icraçı direktoru Rövşən Hacızadənin tanışı Qərib Əmiraslanovla əlbir olaraq rəsmi sənədlərə bilərəkdən yalan məlumat daxil etməkdə suçlayır. Belə ki, MTK-nın icraçı direktoru paytaxtda inşa etdiyi çoxmərtəbəli binada artıq satılmış olan 5 mənzili və 4 avtodayanacaq yerini təkrar başqa şəxslərə satmaqla 1 milyon 112 min manat pulu dələduzluq yolu ilə mənimsəyib. Bundan irəli gələrək R.Hacızadəyə Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq, vəzifə səlahiyyətlərindən sui-stifadə, vəzifə saxtakarlığı, Q.Əmiraslanova isə dələduzluq ittihamları irəli sürülüb.
Cinayət işi baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Xatırladaq ki, 2005-ci ildən başlayaraq mənzil tikinti şirkətlərində vətəndaşların mənzil tikintisi adı ilə dələduzluğa məruz qalmaları kimi faktlar üzə çıxıb. Ölkə mətbuatı 25-ə yaxın belə şirkətin olması haqda dəfələrlə yazıb. Jurnalist tədqiqatlarına əsasən bu şirkətlərin aldatdıqları vətəndaşın sayı minlərlədir. Vətəndaşlar pullarını ödəsələr də mənzil ala bilməyib, bəzən eyni mənzil iki nəfərə və daha çox vətəndaşa satılıb. Belə şirkət rəhbərləri həbsə alınsalar da vətəndaşların pullarının qaytarılması kimi fakta hələ rastlanmayıb.-05D-
-
- İqtisadiyyat
- 26 Dekabr 2014 12:04
-
- İqtisadiyyat
- 26 Dekabr 2014 13:17
Cəmiyyət
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
-
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
-
Şənbə günü Bakıda hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-12 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
Rəy yaz