Yeni ildən əhalinin əmanətləri vergiyə cəlb olunacaq
2015-ci il yanvarın 1-dən 1999-cu ildən fəaliyyət göstərən əmanətçilər üçün vergi tətilinin müddəti başa çatır. Ölkə parlamenti əhalinin bank əmanətlərindən gəlirlər üzrə 10%-lik vergidən azad edilməsinin müddətini uzarmayıb.
İqtisadçıların hesablamalarına görə, bu addım dövlət büdcəsinə 60 mln. manat gətirə bilər.
Ekspert Samir Əliyev indiki iqtisadi vəziyyətdə bu hərəkəti məqsədəuyğun hesab etmir və “tətil”in daha bir il uzadılmasını təklif edir.
Onun fikrincə, əks halda bu, əmanət bazarında, ümumilikdə isə bank sektorunda narahatlıq yarada bilər. Bank sektorunun düşdüyü vəziyyət isə ölkə iqtisadiyyatına mənfi təsir göstərəcək.
Bəzi ekspertlər güman edirlər ki, kiçik əmanətçilər öz yatırımlarlnı bank hesablarından geri götürə bilər ki, bu da kommersiya banklarının maliyyə göstəricilərinə mənfi təsir göstərər.
Bir çox əmanətçilər öz vəsaitlərini inflyasiyadan qorumağa çalışır, 10%-lik vergiyə cəlb olunma isə bu şansları minimuma endirəcək.
“Hökumət ilin əvvəlindən başlayaraq sahibkarlığın timsalında qeyri-neft sektorunu inkişaf etdirmək niyyətində olduğunu bəyan edib. Bunun üçün real sektorun maliyyələşdirilməsinin vacibliyi vurğulanıb. Ölkə prezidenti 2015-ci ilin dövlət büdcəsi haqqında qanunun tətbiqi barədə fərmanda Mərkəzi Bankının uçot dərəcəsi arasında fərqin azaldılması istiqamətində əməli tədbirlər görməyi tapşırıb.
Əmanətlərə vergi güzəştinin ləğvi bu tapşırığın yerinə yetirilməsini çətinləşdirəcək. Çünki kredit faizlərinin ucuzlaşmasını təmin edən amillərdən biri də məhz cəlb edilən resursların ucuzluğudur. Kredit portfelinin yarısını təşkil edən əmanətlərin bahalaşması, öz növbəsində kredit faizlərini də bahalaşdıra bilər”, - ekspert bildirib.
Əhalinin bank əmanətlərinin ümumi məbləği 6,65 mlrd. təşkil edir. Bunun yarıdan çoxu (3,42 mlrd. manat) illik 9% ilə qoyulub. 08D
İqtisadiyyat
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Aralıq dənizinin ən iri dəniz yataqlarından biri olan Tamar qaz yatağında 10% pay əldə etmək üçün Union Energy ilə müqavilə imzalayıb, şirkət çərşənbə günü bəyanatında bildirib.
-
Yanvarın 30-da Azərbaycan Prezidenti İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramını” təsdiqləyən sərəncam imzalayıb. Bu proqram paytaxtın nəqliyyat sistemini modernləşdirməyi və tıxacları azaltmağı hədəfləyir, prezidentin mətbuat xidməti çərşənbə axşamı bildirib.
-
Goldman Sachs neft qiymətləri ilə bağlı proqnozlarını yenidən nəzərdən keçirib və 2025 və 2026-cı illər üçün Brent və Azeri Light markalı neftin qiymət proqnozlarını hər barel üçün 2 dollar artıraraq 78 dollar səviyyəsinə çatdırıb. Bu düzəliş, ABŞ sanksiyalarının Rusiyanın neft hasilatına təsiri və İran neft ixracına qarşı mümkün gələcək məhdudiyyətlər daxil olmaqla, geosiyasi risklərdən qaynaqlanan daha sərt təchizat şərtləri gözləntilərini əks etdirir.
-
Azərbaycan Dəmir Yolları (ADY) Bakıdan 45 kilometr şərqdə yerləşən Zira Limanından tranzit dəmir yolu yük daşımalarını işə salıb və bununla da ölkənin Orta Dəhlizdə logistika mərkəzi kimi mövqeyini gücləndirib.
Rəy yaz