Bakı Gəmiqayırma Zavodu Sənaye Parkının rezidenti oldu
Bakı Gəmiqayırma Zavodu” MMC-yə Qaradağ Sənaye Parkının ilk rezidenti statusu verilib, deyə İqtisadiyyat və Sənaye Nazirliyində Turan-a bildiriblər.
QSP-nin yaradılması barədə sərəncam bu il iyulun 3-də verilib. Bu sənədlə dövlət başçısı Nazirlər Kabinetinə gəmiqayırma sənayesinin inkişafı üçün Qaradağ Sənaye Parkında digər stimullaşdırıcı tədbirlərin tətbiqi üzrə təkliflər hazırlamağı tapşırıb.
QSP-nin idarəedici strukturu “Sumqayıt Kimya Sənaye Parkı” MMC-dir. SKSP-yə Mingəçevir Sənaye Parkını idarə etmək də tapşırılıb.
Sənaye və texnologiya parkları haqqında əsasnaməyə görə, onların rezidentləri 7 illiyə vergidən azad edilir.
Bakı Gəmiqayırma Zavodu 2013-cü ildən fəaliyyət göstərir. Müəssisədə ildə 15 min ton yükgötürmə qabiliyyəti olan dörd gəmi tikmək mümkündür. Zavodun mülkiyyətçiləri SOCAR (65%), «Azərbaycan İnvestisiya Şirkəti» (25%) və “Keppel Offshore & Marine”dir (Sinqapur, 10%).
-
- Video
- 31 Avqust 2015 14:19
-
- İqtisadiyyat
- 31 Avqust 2015 15:10
İqtisadiyyat
-
Azərbaycanın maliyyə cinayətləri və terrorizmin maliyyələşdirilməsinə qarşı mexanizmləri gücləndirmək üçün strateji addım çərçivəsində Baş nazirin müavini Samir Şərifov yenidən qurulmuş Terrorizmin Maliyyələşdirilməsinə və Digər Maliyyə Cinayətlərinə qarşı Mübarizə üzrə Koordinasiya Şurasının sədri təyin olunub.
-
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov və İran Dəmir Yollarının rəhbəri Cabbar Əli Zəkəri Sərdrudi Tehranda keçirilmiş Azərbaycan–İran Birgə Hökumətlərarası Komissiyasının iclasında Astara terminallarında əməkdaşlığın gücləndirilməsi məsələsini müzakirə ediblər. Bu terminallar Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin (INSTC) əsas qovşaqları hesab olunur. Görüşdə bu terminalların əməliyyat səmərəliliyinin artırılması və onların strateji əhəmiyyətinin vurğulanması ilə iki ölkə arasında yükdaşımaların artan həcminə dəstək məsələləri diqqət mərkəzində olub.
-
Azərbaycan "Yaşıl Enerji Zonasının" məqsədli qrupunun əlaqələndirilmiş səyləri ilə yaşıl enerjiyə keçidini sürətləndirir. Bu məqsədli qrup son hibrid görüşünü irəliləyişləri nəzərdən keçirmək və gələcək prioritetləri müəyyən etmək üçün təşkil edib. Energetika Nazirliyi çərşənbə günü keçirilən sessiya ilə bağlı açıqlamasında, bu qrupun 2022–2026-cı illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyasının həyata keçirilməsində mərkəzi rolunu vurğulayıb. Bu strategiya Azərbaycanın dayanıqlı inkişaf ambisiyalarının əsasını təşkil edir.
-
Azərbaycanın dövlət mədən şirkəti olan AzerGold, qlobal mədən sektorunda iştirakını genişləndirmək səyləri çərçivəsində Afrikada türk şirkətləri ilə strateji əməkdaşlıq imkanlarını araşdırır. AzerGold QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və Türkiyə Xarici İşlər Nazirliyinin Qərbi və Mərkəzi Afrika Departamentinin rəhbəri Şəbnəm Cenk arasında keçirilən son danışıqlarda qarşılıqlı faydalı tərəfdaşlıq potensialı vurğulanıb.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 15:22
- 184
-
- Bazarların icmalı,
- 14:22
- 191
Rəy yaz