Torpaq satışı elan edilib
Əmlak Məsələləri Dövlət Komitəsi oktyabrın 1-də torpaq hərracları keçirəcək.
Hərrac və müsabiqələrə 9 rayonda 14 bələdiyyənin 31 torpaq sahəsi çıxarılıb.
ƏMDK-nin məlumatına görə, torpaqların yarısı fərdi ev tikintisi üçündür. Sahələrin çoxu 1000 kv metrə qədərdir. Ağcabədi rayonunun Xanarx bələdiyyəsi kənd təsərrüfatı ehtiyacları üçün 2 sahəni (7,6 ha və 8 ha) icarəyə verir.
Azərbaycanda torpaq hərracları 2009-cu ilin aprelindən keçirilir. Bələdiyyələrin torpaq satışında mənfi hallardan sonra belə bir qərar verilib. Yerli özünüidarə orqanları torpaq sahələrini qiymətindən çox ucuz satırdı. Bələdiyyə rəhbərlərinin qurşandığı çox sayda korrupsiya halları aşkarlanıb. 2009-cu ildən torpaqların icarəsi və satışı Torpaq və Xəritəçəkmə Komitəsinin təşkilatçılığı ilə həyata keçirilib. Bu ilin fevralında DTXK ləğv edildi və onun torpaq satışı səlahiyyətləri ƏMDK-yə verildi.
Qeyd edək ki, torpaq hərracları rəqabətsiz keçirilir. Satışa çıxarılan torpaqların qiyməti real bazar qiymətindən bir neçə dəfə ucuzdur. 08B
-
- İqtisadiyyat
- 31 Avqust 2015 14:19
-
- İqtisadiyyat
- 31 Avqust 2015 15:30
İqtisadiyyat
-
Azərbaycanın maliyyə cinayətləri və terrorizmin maliyyələşdirilməsinə qarşı mexanizmləri gücləndirmək üçün strateji addım çərçivəsində Baş nazirin müavini Samir Şərifov yenidən qurulmuş Terrorizmin Maliyyələşdirilməsinə və Digər Maliyyə Cinayətlərinə qarşı Mübarizə üzrə Koordinasiya Şurasının sədri təyin olunub.
-
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov və İran Dəmir Yollarının rəhbəri Cabbar Əli Zəkəri Sərdrudi Tehranda keçirilmiş Azərbaycan–İran Birgə Hökumətlərarası Komissiyasının iclasında Astara terminallarında əməkdaşlığın gücləndirilməsi məsələsini müzakirə ediblər. Bu terminallar Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin (INSTC) əsas qovşaqları hesab olunur. Görüşdə bu terminalların əməliyyat səmərəliliyinin artırılması və onların strateji əhəmiyyətinin vurğulanması ilə iki ölkə arasında yükdaşımaların artan həcminə dəstək məsələləri diqqət mərkəzində olub.
-
Azərbaycan "Yaşıl Enerji Zonasının" məqsədli qrupunun əlaqələndirilmiş səyləri ilə yaşıl enerjiyə keçidini sürətləndirir. Bu məqsədli qrup son hibrid görüşünü irəliləyişləri nəzərdən keçirmək və gələcək prioritetləri müəyyən etmək üçün təşkil edib. Energetika Nazirliyi çərşənbə günü keçirilən sessiya ilə bağlı açıqlamasında, bu qrupun 2022–2026-cı illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyasının həyata keçirilməsində mərkəzi rolunu vurğulayıb. Bu strategiya Azərbaycanın dayanıqlı inkişaf ambisiyalarının əsasını təşkil edir.
-
Azərbaycanın dövlət mədən şirkəti olan AzerGold, qlobal mədən sektorunda iştirakını genişləndirmək səyləri çərçivəsində Afrikada türk şirkətləri ilə strateji əməkdaşlıq imkanlarını araşdırır. AzerGold QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və Türkiyə Xarici İşlər Nazirliyinin Qərbi və Mərkəzi Afrika Departamentinin rəhbəri Şəbnəm Cenk arasında keçirilən son danışıqlarda qarşılıqlı faydalı tərəfdaşlıq potensialı vurğulanıb.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 15:22
- 295
-
- Bazarların icmalı,
- 14:22
- 244
Rəy yaz