Baku Crystall Hall dövlət büdcəsinə yükdür
“Eurovision-2012” ərəfəsində tikilən “Baku Crystall Hall” üçün 2015-ci ildə dövlət büdcəsindən 2 mln manat ayrılacaq.
Dövlət başçısının 2015-ci ilin dövlət büdcəsinin tətbiqi haqqında fərmanında qeyd edilir ki, bu vəsaitlər mədəniyyət və incəsənət tədbirlərinin təşkilinə xərclənəcək. Görünür, söhbət gələn ilin iyununda keçiriləcək Avropa Oyunları ilə bağlı tədbirlərdən gedir.
Hökumət ötən illər bu müəssisəyə vəsait ayrılıb-ayrılmadığı barədə məlumat vermir. Bu obyektin tikintisinə nə qədər xərcləndiyi də açıqlanmır. «Azadlıq» radiosu (http://www.azadliq.org/content/article/24575613.html) jurnalist araşdırması ilə müəyyən edib ki, tikinti xərcləri 105 mln manat olub. “Baku Crystall Hall”un tikintisinin baş podratçısı Almaniyanın “Alpine Bau Deutchland AG” şirkətidir.
“Baku Crystall Hall”da bir çox beynəlxalq idman yarışları keçirilib. Onun səhnəsində məşhur musiqiçilər çıxış edib.
Azərbaycan 2020-ci ilin Olimpiya Oyunlarına da iddiaçıdır. Bu idman qurğusu idman oyunları keçiriləcək siyahıya da salına bilər. 08B
-
- Siyasət
- 25 Dekabr 2014 18:21
-
- İqtisadiyyat
- 26 Dekabr 2014 11:08
İqtisadiyyat
-
Azərbaycanın düyü idxalı sürətlə artmaqdadır, çünki yerli istehsal artan tələbatı qarşılamaqda çətinlik çəkir. Bu tendensiya ölkənin xarici tədarükçülərdən asılılığını vurğulayır. Hökumətin istehsalı artırmaq təşəbbüslərinə baxmayaraq, yerli istehsal dəyişməz qalır və 2024-2025 mövsümündə cəmi 10 000 ton məhsul gözlənilir. Bununla yanaşı, 2024-cü ilin yanvar-oktyabr aylarında ölkəyə 55 961 ton düyü idxal olunub.
-
Azərbaycan və Pakistan enerji əməkdaşlığının dərinləşdirilməsinə artan sadiqlik nümayiş etdirir və bu istiqamətdə xüsusilə bərpa olunan enerji təşəbbüslərinə diqqət yetirir. Yanvarın 30-da Azərbaycanın enerji naziri Pərviz Şahbazov Bakıda Pakistanın Federal Özəlləşdirmə, İnvestisiya Şurası və Kommunikasiyalar naziri Əbdül Alim Xan rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
-
Qazaxıstanın ən böyük yatağı olan Kaşaqandan hasil edilən neft Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə daxil olmağa başlayıb. SOCAR-ın məlumatına görə, bu neftin ilk partiyası 27 yanvarda Səngəçal terminalında qəbul edilib və BTC vasitəsilə Ceyhan limanına nəql ediləcək.
-
Azərbaycan sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsini sürətləndirir, rəqəmsal transformasiya və kibertəhlükəsizliyin gücləndirilməsinə diqqət yetirir. Hökumət insan kapitalının inkişafına və kibertəhlükəsizlik mütəxəssislərinin hazırlanmasına resurs ayırır, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov yanvarın 30-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) dördüncü “Məzun Günü” tədbirində bildirib.
Rəy yaz