Cənub Qaz Dəhlizinə büdcə vəsaitlərindən təxminən yarım milyard gedəcək
Kapitalı 100% dövlətə məxsusu “Cənub Qaz Dəhlizi” qapali səhmdar cəmiyyəti gələn il Maliyyə Nazirliyindən risklərə müqavimətin artırılması üçün 1 mlrd 341,2 mln, yaxud $1,7 mlrd alacaq.
Dövlət büdcəsi haqqında təsdiqlənmiş qanunda deyilir ki, bu məbləğ nizamnamə kapitalının artırılması çərçivəsində nəzərdə tutulub. 100 mln-luq baza kapitalı nəzərə alındıqda QSC-nin nizamnamə kapitalı $1,8 mlrd dollardan artıq olacaq.
Strukturun yaradılması ilə bağlı dövlət başçısı bu ilin fevralın 25-də sərəncam verib. Cəmiyyətin kapitalında SOCAR-ın payı 49%, dövlətin payı - 51% təşkil edir. “Cənub Qaz Dəhlizi” QSC “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsinin “Mərhələ-2”, Cənub Qafqaz qaz dəhlizinin genişləndirilməsi, həmçinin TANAP və TAP qaz kəmərlərinin tikintisi layihələrini effektiv idarə etməlidir. Onun üçün pullar Dövlət Neft Fondundan (ARDNF) ayrılır. Rəsmi versiyaya əsasən, QSC-yə vəsaitlər qaytarılmaq şərti ilə uzunmüddətli investisiya şəklində verilib. --17D—
-
- İqtisadiyyat
- 26 Dekabr 2014 11:03
-
- İqtisadiyyat
- 26 Dekabr 2014 11:19
İqtisadiyyat
-
2024-cü ildə Rusiyadan qonşu ölkələrə pul köçürmələrinin həcmi azalmağa davam edib. Bu barədə RBC-nin araşdırdığı Qazaxıstan, Gürcüstan, Ermənistan və Azərbaycanın mərkəzi banklarının məlumatlarında bildirilir. Bank infrastrukturu və Zolotaya Korona, Unistream, Contact kimi pul köçürmə sistemləri vasitəsilə həyata keçirilən əməliyyatlar nəzərə alınaraq tərtib olunan rəqəmlər, 2022-ci ildəki artımdan sonra köçürmələrdə davamlı azalma tendensiyasını göstərir.
-
Azərbaycanın düyü idxalı sürətlə artmaqdadır, çünki yerli istehsal artan tələbatı qarşılamaqda çətinlik çəkir. Bu tendensiya ölkənin xarici tədarükçülərdən asılılığını vurğulayır. Hökumətin istehsalı artırmaq təşəbbüslərinə baxmayaraq, yerli istehsal dəyişməz qalır və 2024-2025 mövsümündə cəmi 10 000 ton məhsul gözlənilir. Bununla yanaşı, 2024-cü ilin yanvar-oktyabr aylarında ölkəyə 55 961 ton düyü idxal olunub.
-
Azərbaycan və Pakistan enerji əməkdaşlığının dərinləşdirilməsinə artan sadiqlik nümayiş etdirir və bu istiqamətdə xüsusilə bərpa olunan enerji təşəbbüslərinə diqqət yetirir. Yanvarın 30-da Azərbaycanın enerji naziri Pərviz Şahbazov Bakıda Pakistanın Federal Özəlləşdirmə, İnvestisiya Şurası və Kommunikasiyalar naziri Əbdül Alim Xan rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
-
Qazaxıstanın ən böyük yatağı olan Kaşaqandan hasil edilən neft Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə daxil olmağa başlayıb. SOCAR-ın məlumatına görə, bu neftin ilk partiyası 27 yanvarda Səngəçal terminalında qəbul edilib və BTC vasitəsilə Ceyhan limanına nəql ediləcək.
Rəy yaz