- İqtisadiyyat
- 26 Dekabr 2014, 11:19
- 194
Neft $60 olsa, ARDNŞ-nin hansı itkiləri olacaq
“Neftin 1 barrel üçün nəzərdə tutulan 90 dollarlıq qiymətinin 60 dollara qədər düşməsi, şirkətin gəlirlərində təxminən 400 milyon manata qədər fərq yarada bilər”. Bunu ARDNŞ-nin vitse-prezidenti Süleyman Qasımov dünənki mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ARDNŞ-nin hasil etdiyi neft və qazın çoxu daxili tələbatın ödənilməsinə yönəldilir. Ona görə neftin ucuzlaşmasının ciddi təsirləri olmayacaq.
"Bu, ARDNŞ üçün böyük fərqdir, amma elə də ciddi deyil. Bu itkiləri başqa xərcləri tənzimləməklə ödəmək olar", - deyə o qeyd edib.
Qasımovun sözlərinə görə, ARDNŞ-nin hasil etdiyi neftin maya dəyəri 1 ton üçün 100 manat, barrel üçün 17 dollardır. İxrac həcmi böyük deyil. Neftin çoxu daxili tələbata – emala yönəldilir (ildə 6,5 mln ton – red), deyə o bildirib.
PSA sazişlərdə ARDNŞ-nin gəlirləri ilə bağlı Qasımov qeyd edib ki, bu pay böyük deyil.
"“Azəri-Çıraq-Günəşli”dən əldə olunan gəlirlər təxminən $300-400 mln-dur. Bu rəqəm yarıyacan azala bilər. Bu bizi ciddi qorxutmur", - deyə Qasımov qeyd edib.–12С--
-
- İqtisadiyyat
- 26 Dekabr 2014 11:08
-
- İqtisadiyyat
- 26 Dekabr 2014 11:22
İqtisadiyyat
-
Yanvarın 30-da Azərbaycan Prezidenti İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramını” təsdiqləyən sərəncam imzalayıb. Bu proqram paytaxtın nəqliyyat sistemini modernləşdirməyi və tıxacları azaltmağı hədəfləyir, prezidentin mətbuat xidməti çərşənbə axşamı bildirib.
-
Goldman Sachs neft qiymətləri ilə bağlı proqnozlarını yenidən nəzərdən keçirib və 2025 və 2026-cı illər üçün Brent və Azeri Light markalı neftin qiymət proqnozlarını hər barel üçün 2 dollar artıraraq 78 dollar səviyyəsinə çatdırıb. Bu düzəliş, ABŞ sanksiyalarının Rusiyanın neft hasilatına təsiri və İran neft ixracına qarşı mümkün gələcək məhdudiyyətlər daxil olmaqla, geosiyasi risklərdən qaynaqlanan daha sərt təchizat şərtləri gözləntilərini əks etdirir.
-
Azərbaycan Dəmir Yolları (ADY) Bakıdan 45 kilometr şərqdə yerləşən Zira Limanından tranzit dəmir yolu yük daşımalarını işə salıb və bununla da ölkənin Orta Dəhlizdə logistika mərkəzi kimi mövqeyini gücləndirib.
-
Azərbaycanın dövlətə məxsus elektrik enerjisi istehsalçısı olan Azərenerji, ölkənin bərpa olunan enerji potensialını genişləndirmək məqsədilə Kəlbəcər və Laçın rayonlarında altı su elektrik stansiyasının (SES) tikintisini irəlilətməkdədir. Şirkətin məlumatına görə, ümumi gücü 37,5 meqavat (MVt) olan bu stansiyaların 2025-ci ilin birinci yarısında istismara verilməsi planlaşdırılır.
Rəy yaz