ARDNŞ AMB-dən kredit istəyir
Azərbaycan Dövlət Neft Şirkəti Bakıda yeni neftkimya və neftayırma kompleksinin inşası layihəsi üçün dövlətdən borc istəyir.
Bunu ARDNŞ-nin vitse-prezidenti Süleyman Qasımov dünənki mətbuat konfransında deyib.
“Biz dövlət təminatı altında Mərkəzi Bankdan kredit cəlb etmək istəyirik. SOCAR rəhbərliyi artıq Mərkəzi Bankın rəhbərliyinə rəsmi müraciət edib, hazırda Mərkəzi Bankın ekspertləri bizim layihəni araşdırır” - deyə S.Qasımov bildirib.
Onun sözlərinə görə, yeni neft-kimya və neftayırma kompleksinin inşası layihəsinin birinci mərhələsi üçün SOCAR-a azı 2,1 milyard dollar lazımdır. Bu, layihənin birinci mərhələsinin xərclərinin cəmi 30 faizini təşkil edir, şirkət vəsaitin qalan hissəsini xarici banklardan cəlb etməyi planlaşdırır.
“2018-ci ilə qədər bizə 1 milyard dollar lazımdır” - deyə S.Qasımov bildirib.
Layihənin I mərhələsində qaz emalı və neft-kimya zavodunun inşası planlaşdırılır.
Birinci mərhələdə tikinti işlərinə 2015-ci ildə başlamaq və 2020-ci ildə tamamlamaq nəzərdə tutulur. Layihənin birinci mərhələsinin dəyəri 7 milyard dollar hesablanıb. Kreditlər üzrə fazilər də nəzərə alınanda bu göstərici $8,45 mlrd olacaq.
* AMB 2009-cu ildə ARDNŞ-yə 7 illiyə qaz hasilatı və ixracını artırmq üçün 750 mln manat kredit verib. Həmin kreditin 450 milyon manatı şirkətin xarici borc öhdəliklərinin yerinə yetirilməsinə yönəldilib. —12C--
-
- İqtisadiyyat
- 26 Dekabr 2014 11:19
-
- İqtisadiyyat
- 26 Dekabr 2014 11:22
İqtisadiyyat
-
Yanvarın 30-da Azərbaycan Prezidenti İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramını” təsdiqləyən sərəncam imzalayıb. Bu proqram paytaxtın nəqliyyat sistemini modernləşdirməyi və tıxacları azaltmağı hədəfləyir, prezidentin mətbuat xidməti çərşənbə axşamı bildirib.
-
Goldman Sachs neft qiymətləri ilə bağlı proqnozlarını yenidən nəzərdən keçirib və 2025 və 2026-cı illər üçün Brent və Azeri Light markalı neftin qiymət proqnozlarını hər barel üçün 2 dollar artıraraq 78 dollar səviyyəsinə çatdırıb. Bu düzəliş, ABŞ sanksiyalarının Rusiyanın neft hasilatına təsiri və İran neft ixracına qarşı mümkün gələcək məhdudiyyətlər daxil olmaqla, geosiyasi risklərdən qaynaqlanan daha sərt təchizat şərtləri gözləntilərini əks etdirir.
-
Azərbaycan Dəmir Yolları (ADY) Bakıdan 45 kilometr şərqdə yerləşən Zira Limanından tranzit dəmir yolu yük daşımalarını işə salıb və bununla da ölkənin Orta Dəhlizdə logistika mərkəzi kimi mövqeyini gücləndirib.
-
Azərbaycanın dövlətə məxsus elektrik enerjisi istehsalçısı olan Azərenerji, ölkənin bərpa olunan enerji potensialını genişləndirmək məqsədilə Kəlbəcər və Laçın rayonlarında altı su elektrik stansiyasının (SES) tikintisini irəlilətməkdədir. Şirkətin məlumatına görə, ümumi gücü 37,5 meqavat (MVt) olan bu stansiyaların 2025-ci ilin birinci yarısında istismara verilməsi planlaşdırılır.
Rəy yaz