Yerli İH-ləri daşınmaz əmlakın icbari ödənilməsinə nəzarət edəcək
Dövlət başçısının 22 dekabr tarixli fərmanı ilə icra hakimiyyəti orqanlarının səlahiyyətləri artırılıb. Bundan sonra onlar fiziki şəxslərin mənzil və evlərinin sığorta haqqını ödəməsinə də nəzarət edəcək.
2011-ci ildən «İcbari sığortalar haqqlnda» qanun qüvvədədir. Ona əsasən, yerindən asılı olmayaraq, yaşayış evi və binalar sığortalanmalıdır. Bakda yaşayış evləri və mənzillərin icbari sığortası 50 manata, Gəncə, Sumqayıt və Naxçıvanda 40 manata, digər yaşayış məntəqələrində isə 30 manata başa gələcək.
Amma bir çox mülkiyyətçilər qanuna əməl etmir. İnzibati Xətalar Məcəlləsində sığortadan yayınmağa görə 10 manat cərimə nəzərdə tutulub.
İqtisadçı ekspert Azər Mehdiyev hesab edir ki, hökumət normal sığorta bazarı formalaşdırmaq əvəzinə yerli İH-ni şirkətlərin alətinə çevirir: “Bu artıq sığorta institutu yox, mənzil xəracı adlandırıla bilər”.
Ünvanlı sosial müavinət alanlar istisna təşkil edir. Onların evinin sığortalanması dövlət büdcəsi hesabına təmin ediləcək.
Bu il Vergi Məcəlləsinə də dəyişiklik edilib. Ona əsasən, 2015-ci ilin yanvarından bələdiyyələr fiziki şəxslərin əmlak vergisini yeni qaydalarla toplayacaq. Əvvəllər vergi binaların inventarlaşdırılmış dəyərindən tutulurdu.
Vergi Məcəlləsinə dəyişikliklərə əsasən, əmlak vergisi 30 kvadratmetri ötən sahənin hər kvadratmetrinə görə hesablanacaq.
Gələn ildən Bakıda mənzil üçün bələdiyyə vergisi hər kv m üçün 0,4 manat olacaq.
Bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq olaraq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq olunacaq.
Gəncə, Sumqayıt və Abşeron rayonunda hər kv m üçün 0,3 manat ödəniləcək. Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla) və rayon mərkəzlərində vergi 0,2 manat/m2, başqa yaşayış məntəqələrində 0,1 manat/m2 olacaq.
Bir çox ekspertlərə görə, əmlak vergisi və icbari sığorta bir çox ailələrə yükdür. Hökumət yoxsulların 5% olduğunun bildirsə də, müstəqil ekspertlərə görə, ölkə üzrə kasıblar daha çoxdur. Hökumət yaşayış minimumu hesablayanda sığorta və əmlak vergisini daxil etməyib. 2015-ci ildə yaşayış minimumu bir nəfərə ayda 131 manat müəyyən edilib. 08B
-
- İqtisadiyyat
- 26 Dekabr 2014 11:22
-
- İqtisadiyyat
- 26 Dekabr 2014 11:24
İqtisadiyyat
-
Yanvarın 30-da Azərbaycan Prezidenti İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramını” təsdiqləyən sərəncam imzalayıb. Bu proqram paytaxtın nəqliyyat sistemini modernləşdirməyi və tıxacları azaltmağı hədəfləyir, prezidentin mətbuat xidməti çərşənbə axşamı bildirib.
-
Goldman Sachs neft qiymətləri ilə bağlı proqnozlarını yenidən nəzərdən keçirib və 2025 və 2026-cı illər üçün Brent və Azeri Light markalı neftin qiymət proqnozlarını hər barel üçün 2 dollar artıraraq 78 dollar səviyyəsinə çatdırıb. Bu düzəliş, ABŞ sanksiyalarının Rusiyanın neft hasilatına təsiri və İran neft ixracına qarşı mümkün gələcək məhdudiyyətlər daxil olmaqla, geosiyasi risklərdən qaynaqlanan daha sərt təchizat şərtləri gözləntilərini əks etdirir.
-
Azərbaycan Dəmir Yolları (ADY) Bakıdan 45 kilometr şərqdə yerləşən Zira Limanından tranzit dəmir yolu yük daşımalarını işə salıb və bununla da ölkənin Orta Dəhlizdə logistika mərkəzi kimi mövqeyini gücləndirib.
-
Azərbaycanın dövlətə məxsus elektrik enerjisi istehsalçısı olan Azərenerji, ölkənin bərpa olunan enerji potensialını genişləndirmək məqsədilə Kəlbəcər və Laçın rayonlarında altı su elektrik stansiyasının (SES) tikintisini irəlilətməkdədir. Şirkətin məlumatına görə, ümumi gücü 37,5 meqavat (MVt) olan bu stansiyaların 2025-ci ilin birinci yarısında istismara verilməsi planlaşdırılır.
Rəy yaz