
Statoil Azerbaijan şirkətində ciddi ixtisarlar
Yeni ildən daha bir iri şirkət ixtisarlara başlayır.
Neft dairələrindən Turan-a məluma olub ki, 2015-ci ilin yanvarında Statoil Azerbaijan əməkdaşların 50%-i ixtisar edəcək.
Hazırda şirkətdə 40 nəfər çalışır. Həm yerli, həm də əcnəbilər ixtisar ediləcək.
Qeyd edək ki, Statoil-da ixtisarlar təkcə neftin ucuzlaşması ilə bağlı deyil. Şirkət bu il “Şahdəniz” və Cənubi Qafqaz qaz kəmərini tərk edib. Şirkət orda bir il əvvəl 25,5%, sonra 15,5% paya malik idi.
Hazırda Statoil AÇG (8,6%) və BTC-də (8,7%) passiv səhmdardır.
Buna qədər ВР-Azerbaijan elan edib ki, 1 yanvar 2015-ci ildən işçilərini ixtisar edəcək.–12В--
-
- İqtisadiyyat
- 26 Dekabr 2014 11:22
-
- Cəmiyyət
- 26 Dekabr 2014 11:55
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz