Dövlət Neft Fondunun yeni inzibati binasının açılışı olub
Bu gün dövlət başçısı İlham Əliyevin iştirakı ilə Neft Fondunun yeni inzibati binasının açılışı olub.
Binada akt, konfrans, iclas zalları, iki hissədən ibarət “qış bağı”, “Petroleum lounge”, kitabxana və xəzinə yerləşir. Bütün otaq və zallar ən son texnoloji avadanlıqlarla təmin edilib.
DNF-in yeni inzibati binasının interyeri Azərbaycanın 9 xalçaçılıq məktəbinin elementlərini özündə birləşdirən dizayn konspesiyası əsasında qurulub.
Binanın hündürlüyü 127 metrdir, 23 mərtəbədən ibarətdir, iki mərtəbəsi avtomobil dayanacağı kimi nəzərdə tutulur.
DNF-in binasını “AS Group Investment” Şirkətlər Qrupu inşa edib. Binanın tikintisinə 2009-cu ildən başlanıb.-05D-
-
- Söz istəyirəm
- 29 Dekabr 2014 13:38
-
- İqtisadiyyat
- 29 Dekabr 2014 14:03
İqtisadiyyat
-
Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşları, Xətai Park Servis idarəetmə şirkətinə qarşı məhkəmədə sakinlərin maraqlarını təmsil etmək üçün Gəncə prospekti, 58b ünvanında yerləşən yaşayış kompleksinin sakinləri tərəfindən seçilmiş Saday Sarkarovu saxlayıb.
-
Qazaxıstanın büdcə aviaşirkəti FlyArystan yay mövsümündən əvvəl Bakı-Astana-Bakı marşrutu üzrə aviabilet satışına başlayıb, şirkətin mətbuat xidməti bazar ertəsi bildirib.
-
Fevral ayının sonunda Pakistan və Azərbaycan hökumətlərinin 2 milyard dollarlıq sərmayə müqaviləsi imzalaması gözlənilir ki, bu müqaviləyə SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) ilə bir neçə layihə də daxil olacaq. Turan informasiya agentliyinin verdiyi məlumata görə, yanvar ayında İslamabad və Bakıda müzakirə olunan enerji əməkdaşlığı layihələri müqavilədə yer alacaq. Bu layihələr arasında enerji səmərəliliyi təşəbbüsləri, boru kəmərinin tikintisi və SOCAR-ın Pakistanda yeraltı qaz anbarlarının yaradılması layihələrini araşdırmaq niyyəti yer alır. Həmçinin, Pakistan tərəfindən ölkədəki neft-qaz yataqlarının kəşfiyyatı və hasilatı ilə bağlı təqdim olunan sənədlər də bu müqaviləyə daxil olacaq.
-
Azərbaycan, içməli və suvarma su təchizatlarını təsir edən kəskin su qıtlığı ilə üzləşməyə davam edir. Bu problem, tez-tez mətbuatın diqqətində olmasına baxmayaraq, hələ də həll edilməyib. Xüsusilə fermerlər bu vəziyyətdən ciddi təsirlənirlər.
Rəy yaz