- Söz istəyirəm
- 29 Dekabr 2014, 13:38
- 187
Nicat Quliyevin həyat yoldaşı Prezidentə müraciət etdi
Azərbaycan Respublikası,
Bakı şəhəri
28.12.2014-cü il
Azərbaycan Respublikasının Prezidenti
Cənab İlham Əliyevə
Açıq məktub
Hörmətli cənab Prezident,
Bilindiyi kimi mənim həyat yoldaşım, Nicat Quliyev, həbsə alınmış və artıq 17 aya yaxındır ki həbsdə saxlanılmaqdadır. Hadisələrin təfərrüatlarına düşünürəm ki heç bir ehtiyac yoxdur, lakin bir halı qeyd etmək istəyirəm: onun həbsidə, ona qarşı yönələn ittiham da, təyin olunan cəza da ailəmiz üçün ağır sarsıntılara səbəb olmuşdur. Son zamanlar onun səhhəti də çox pisləşib və sağlamlığı ciddi təhdid altındadır. Və bu mənim nigaranlığımı daha da artırır.
Bir həqiqət var ki, insan hər zaman və hər yerdə açıq aşkar ədalətsizliyin, məmur qeyri peşəkarlığının və bir çox hallarda elementar laqeydliyin nəticəsində hadisələrin yükü altında əzilir, həyatı bərbad edilir.
Bizim ailə şəxsinə milyonlarla azərbaycanlı kimi dərin və səmimi hörmət bəslədiyimiz ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevin dəstəyini, diqqət və qayğısını hər zaman hiss edib. Və biz ölkəmizin uğurları ilə yanaşı, bu münasibətdədə varisliyi izləyirik. Babam, Əhməd Cavadın, 120- illiyi dövlət səviyyəsində qeyd olunması üçün imzaladığınız sərəncam bu münasibətin bariz nümunəsidir.
Hörmətli cənab Prezident,
Həyat yoldaşım, Nicat Quliyevin, həbsdən azad olunması üçün onun valideyinləri və vəkilləri Sizə müraciət ediblər. Nicat Quliyevin özü də Sizə göndərilməsi üçün saxlandığı cəzaçəkmə müəssisəsinin müdriyyətinə müvafiq məktub vermişdir.
Mənim Sizə bu dəfə mətbuat vasitəsilə müraciət etməyimin səbəbi isə müraciətlərimizin yalnız bu yolla Sizin diqqətinizə çatdırılacağı inamı ilə bağlıdır. Onun əfv vasitəsilə həbsdən azad olunması, ailəsinə və yaxınlarına qovuşması yalnız Sizin səlahiyyətinizdədir. Sizdən xahiş edirəm ki şəfqətinizi və mərhəmətinizi bizdən əsirgəməyəsiniz.
Səmimiyyətlə,
Vüsalə Axundzadə
-
- Cəmiyyət
- 29 Dekabr 2014 12:14
-
- İqtisadiyyat
- 29 Dekabr 2014 13:54
Söz istəyirəm
-
Azərbaycanda iqtidaryönümlü mətbuatın özünəməxsus və lazımınca qiymətləndirilməyən keyfiyyətləri var.
-
Dünən “Yeni Azərbaycan” qəzeti və hökumətə bağlı 5-6 sayt Milli Şuranın adından rus padşahı Vladimir Putunə bir saxta məktub dərc edib. Bu məktub əhvalatı mənim yadıma Kiyevdə knyaz Svyatopolk İzyaslaviçin ölümündən sonra boyar dumasının 1113-cü ildə Putinin ulu babası II Vladimir Monomaxa yazdığı məktubu saldı. Onlar yazırdılar ki, knyaz təcili olaraq Kiyevə gəl, sən gəlməsən çox böyük təlatümlər olacaq, şəhər talan ediləcək, boyarlara və monastırlara hücum olacaq.
-
22 yanvar Ukrayna üçün mühüm bir tarixdir – biz bu gün Ukraynanın Birləşmə Gününü qeyd edirik. Məhz 1919-cu ilin bu günü Kiyevdəki Sofiya meydanında Ukrayna Xalq Respublikası (UXR) ilə Qərbi Ukrayna Xalq Respublikasının (QUXR) birləşməsi haqqında Akt elan edildi. Bu, tarixi bir an idi ki, o zaman ukraynalıların vahid və bölünməz Ukrayna arzusu gerçəkliyə çevrildi.
-
20 yanvar ərəfəsində arxivləri yerbəyer edərkən rəhmətlik həmkarım Fərhad Kərimovun mənə verdiyi fotoşəkillər qovluğuna rast gəldim.
Rəy yaz