- İqtisadiyyat
- 25 Dekabr 2014, 13:02
- 319
Metropolitenə dotasiya 5,4% artırılıb
2015-ci ildə dövlət büdcəsindən Bakı Metropoliteninə 38 mln manat ayrılıb. Bu, planlaşdırılandan (36 mln 26,1 min manat) 5,4% çoxdur.
2013-cü ildə dövlət büdcəsində 29,2 mln manat ayrılmışdı. Amma Maliyyə Nazirliyinin dövlət büdcəsinin icrası haqqında hesabatında (http://maliyye.gov.az/sites/default/files/6218-izahat-2014.pdf) deyilir ki, Metropoliten İdarəsi 30,7 mln manat alıb. Bu, 2012-ci ildəkindən 5,6 mln (22,3%) çoxdur. 2014-cü ilin I yarısında Metropolitenin ziyanı 28,2 mln manat olub.
“Bakı Metropoliteni” QSC 34,6 km yola xidmət edir. Son 6 ildə 4,7 km yol və 3 stansiya istismara verilib və onların sayı 23-ə çatıb. Dövlətstatkoma görə, vaqonların sayı 274-dən 266-ya azalıb.
Bu ilin əvvəli üçün metroda 4960 nəfər çalışıb. 6 ildə metroda 665 nəfər işə düzəlib. Metroda orta aylıq maaş 575,5 manatdır (2013-cü il). Bu, 2007-2008-ci illərdəkindən 69,3% çoxdur.
Bu ilin martında Metropoliten səhmləşdirilib və dövlət 100% səhmə malikdir. Metropolitenin rəhbərliyi dəyişdirilib və SC-nin saytının (www.metro-gov.az) fəaliyyəti dayandırılıb. 08B
-
- Siyasət
- 25 Dekabr 2014 12:57
-
- İqtisadiyyat
- 25 Dekabr 2014 13:04
İqtisadiyyat
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Aralıq dənizinin ən iri dəniz yataqlarından biri olan Tamar qaz yatağında 10% pay əldə etmək üçün Union Energy ilə müqavilə imzalayıb, şirkət çərşənbə günü bəyanatında bildirib.
-
Yanvarın 30-da Azərbaycan Prezidenti İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramını” təsdiqləyən sərəncam imzalayıb. Bu proqram paytaxtın nəqliyyat sistemini modernləşdirməyi və tıxacları azaltmağı hədəfləyir, prezidentin mətbuat xidməti çərşənbə axşamı bildirib.
-
Goldman Sachs neft qiymətləri ilə bağlı proqnozlarını yenidən nəzərdən keçirib və 2025 və 2026-cı illər üçün Brent və Azeri Light markalı neftin qiymət proqnozlarını hər barel üçün 2 dollar artıraraq 78 dollar səviyyəsinə çatdırıb. Bu düzəliş, ABŞ sanksiyalarının Rusiyanın neft hasilatına təsiri və İran neft ixracına qarşı mümkün gələcək məhdudiyyətlər daxil olmaqla, geosiyasi risklərdən qaynaqlanan daha sərt təchizat şərtləri gözləntilərini əks etdirir.
-
Azərbaycan Dəmir Yolları (ADY) Bakıdan 45 kilometr şərqdə yerləşən Zira Limanından tranzit dəmir yolu yük daşımalarını işə salıb və bununla da ölkənin Orta Dəhlizdə logistika mərkəzi kimi mövqeyini gücləndirib.
Rəy yaz