Avropa məhkəməsi Anar Məmmədlinin işi üzrə kommunikasiyaya başlayıb
Avropa İnsan Hüquqları Məhkəməsi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlinin işi üzrə kommunikasiyaya başlayıb.
Vəkil Elçin Sadıqov Turan-a bildirib ki, şikayət A.Məmmədlinin Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq hüququ) və 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddələri üzrə hüquqlarının pozulması ilə əlaqədar verilib.
Avropa İnsan Hüquqları Məhkəməsinin saytında bildirilib ki, ərizəçi öz hüquqlarının pozulmasını həbsinin qanunsuz olması ilə əsaslandırıb. Həmçinin həbsin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətdən imtina edilməsinin əsassız olduğu göstərilib.
Anar Məmmədli 2013-cü il dekabrın 17-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi onu 5,5 il müddətinə azadlıqdan məhrum edib.O, vergi ödənişindən yayınmaq, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətindən sui-istifadədə təqsirli bilinir.
Amnesty İnternational A. Məmmədlini “vicdan məhbusu” kimi tanıyıb. Sentyabrın sonlarında o, Vatslav Havel adına mükafata layiq görülüb.-16D-
-
- Siyasət
- 25 Dekabr 2014 12:32
-
- İqtisadiyyat
- 25 Dekabr 2014 13:02
Siyasət
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Yanvarın 31-də vəkil Elçin Sadıqovun 15 saylı cəzaçəkmə müəssisəsində xeberman.com saytının rəhbəri Polad Aslanov və bloger Rəşad Ramazanovla görüşməsinə icazə verilməyib.
-
Biz maneəsiz əlaqənin əleyhinə deyilik, lakin bu, Ermənistanın yurisdiksiyasından yayınmaqla maneəsizlik demək deyil. Bu barədə cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
-
Yanvarın 31-də Tbilisi şəhər məhkəməsi Azərbaycanın Azel TV saytının təsisçisi Əfqan Sadıqovun həbs müddətini 3 ay uzadıb.
Rəy yaz