
Açiq mənbələrdən foto.
Parlament birinci oxunuşda ehtiyac və yaşayış minimumu meyarının səviyyəsini təsdiqləyib
Bakı/17.11.21/Turan: Parlament çərşənbə günü keçirilən plenar iclasda “2022-ci ildə ehtiyac meyarları haqqında” qanun layihəsini birinci oxunuşda təsdiq edib.
Qanun layihəsinə əsasən, ehtiyac meyarı 200 manat müəyyən edilib.
Qeyd edək ki, 2021-ci ildə 170 manat təşkil edib.
Deputatlar ölkədə yaşayış minimumunun 210 manat müəyyən edilməsini nəzərdə tutan “2022-ci ildə yaşayış minimumu haqqında” qanunu da birinci oxunuşda təsdiq ediblər.
Əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat olacaq.
2021-ci ildə yaşayış minimumu 196 manat təşkil edib. –71D-
Rəy yaz