19 oktyabr mitinqi ərəfəsində 100-ə yaxın fəal saxlanılıb və həbs edilib - AXCP
Bakı/20.10.19/Turan: Müxalifətin 19 oktyabr mitinqindən əvvəlki günlərdə təxminən 94 fəal inzibati qaydada və cinayət ittihamı ilə həbs edilib, bu barədə bazar günü Azərbaycan Xalq Cəbhəsi Partiyası məlumat yayıb.
11 AXCP fəalı, o cümlədən məşhur xadimlər Seymur Həzi, İlham Hüseyn və Emil Səlim inzibati qaydada 15 gündən 60 günə qədər həbs edilib.
19 oktyabr mitinqinin keçirildiyi zaman hələ oktyabrın 8-də saxlanılmış daha üç nəfər inzibati həbs cəzası çəkirdi.
Bundan başqa, AXCP fəalı Paşa Ümidova CM-in 234.2-ci (qanunsuz narkotik dövriyyəsi) maddəsi ilə cinayət ittihamı irəli sürülüb.
Digər fəallar qısa müddətlik saxlanılıb və onlara mitinqdə iştirakın yolverilməz olduğu barədə xəbərdarlıq edilib.
19 oktyabr mitinqində iştiraka görə saxlanılanların və həbs edilənlərin siyahısı dəqiqləşdirilir.
Həbs edilənlər arasında Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun da olduğu məlumdur. O, 30 gün müddətinə həbs edilib. Yoldaşları onun da AXCP lideri Əli Kərimli kimi fiziki zorakılığa məruz qoyulduğundan ehtiyatlanırlar. -02D-
-
- Foto sessiyalar
- 20 Oktyabr 2019 19:44
-
- Cəmiyyət
- 21 Oktyabr 2019 11:13
Siyasət
-
Ukrayna Prezidenti Volodimir Zelenski Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan Hava Yollarına (AZAL) məxsus Embraer 190 təyyarəsinin qəzaya uğramasından sonra Rusiyaya təzyiqin artırılmasına çağırıb. Zelenski bu fikri 22 yanvarda Davosda keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı səsləndirib.
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
Rəy yaz