8 nəfərlik İranlı ailə koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib
Bakı/06.03.20/Turan: İran vətəndaşlarından ibarət bir ailənin 8 üzvü martın 4-də Bakıda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Bu barədə TƏBİB Dövlət İcbari Tibbi Sığorta Agentliyinin məlumatında deyilir.
Şübhə ailənin azyaşlı üzvlərindən birində yüksək hərarət olduğu üçün ailənin Təcili Yardım xidmətinə müraciət etməsindən sonra yaranıb. Tibbi müayinə zamanı uşağın atasının fevralın 27-də İrandan gəldiyi məlum olub.
Profilaktika və koronavirus testlərinin həyata keçirilməsi məqsədilə ailənin bütün üzvlərinin (6-sı uşaq olmaqla, 8 İran vətəndaşı) xəstəxanaya yerləşdirilməsi təklif olunub. Amma ailə müqavimət göstərib, bu səbəbdən hadisə yerinə polis çağırılıb.
Hazırda ailə karantin müddətinə xəstəxanada müşahidə altında saxlanılır. -16D-
-
- Cəmiyyət
- 6 Mart 2020 23:42
Siyasət
-
Rusiyadan İrana qaz kəməri Azərbaycandan keçəcək, onun marşrutu razılaşdırılıb. TASS xəbər verir ki, bu barədə jurnalistlərə energetika naziri Sergey Tsivilev bildirib.
-
Toplum TV-nin işi üzrə polis nəzarətində olan jurnalist Fərid İsmayılov yanvarın 17-də saxlanılıb və Xətai Rayon Məhkəməsinə aparılıb. Bu barədə jurnalistin həmkarları məlumat veriblər.
-
İlham Əliyev İrakli Kobaxidzeni "Gürcü arzusu" partiyasının seçkilərdə qələbəsi münasibətilə təbrik edib və ona yeni uğurlar arzulayıb.
-
Yanvarın 17-də Bakının Xətai Rayon Məhkəməsi Meydan TV-nin jurnalistləri Aynur Elgünəş və Natiq Cavadlının ev dustaqlığına keçirilmələri haqqında vəsatətlərini təmin etməyib.
Rəy yaz