
Bakı/12.03.20/Turan: Avropa ölkələrindən ABŞ-a giriş üçün dünən elan edimiş qadağa Azərbaycana şamil edilmir. Məhdudiyyət yalnız 26 Şengen zonası ölkəsinə aiddir. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litsenberger Turan-ın müxbiri ilə söhbətində bildirib.
"Məhdudiyyət Azərbaycana şamil edilmir, amma Şengen zonasına daxil olmayan ölkələrin vətəndaşları Avropaya gəlib, oradan ABŞ-a gəlsələr, qadağa onlara da şamil ediləcək", deyə səfir qeyd edib.
Qadağaya 30 gün sonra yenidən baxılacaq, deyə o əlavə edib. Səfirin sözlərinə görə, ABŞ koronavirusun yayılmasına qarşı mübarizə məsələsində Azərbaycan hakimiyyəti ilə fəal şəkildə əməkdaşlıq edir. -03D-
Rəy yaz