ABŞ Azərbaycanla Ermənistan arasında son toqquşmalardan narahatdır
Dövlət Departamentinin sözçüsü Metyu Miller Vaşinqtonda keçirdiyi brifinqdə bildirib ki, çərşənbə axşamı ABŞ Azərbaycan-Ermənistan sərhədində hərbi toqquşmalar barədə məlumatlardan narahadır.
“Biz həlak olanların və yaralananların ailələrinə başsağlığı veririk. Gücdən istifadə danışıqlara xələl gətirir. Davamlı sülhə aparan yeganə yol danışıqlar masası arxasındadır”, - Miller vəziyyəti Turan-ın müxbirinə şərh edərkən deyib.
"Atəşkəs rejiminin hər hansı pozuntusu araşdırılmalı və lazımi şəkildə həll edilməlidir. Dövlət katibinin daim vurğuladığı kimi, ABŞ Ermənistan-Azərbaycan sülh danışıqlarına sadiqdir", - Miller qeyd edib.
-
- Cəmiyyət
- 13 Fevral 2024 23:25
-
- İqtisadiyyat
- 14 Fevral 2024 10:29
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz