
Matthew Miller
Vaşinqton/24.10.23/Turan: Bazar ertəsi Bayden administrasiyası bildirib ki, həm Ukraynanın, həm də İsrailin Rusiyadan və HƏMAS-dan qorunması üçün lazım olanlarla təmin etməkdən ötrü "səylə çalışır", - Turan-ın Vaşinqton müxbiri məlumat verib.
“Biz onları İsrailə təqdim edənə qədər silah sistemləri və əlbəttə ki, gələcəkdə Ukraynaya verəcəyimiz xüsusi paketlər (silahlar) barədə danışa bilmərəm", - Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyü Miller Ukrayna üçün nəzərdə tutulmuş minlərlə artilleriya mərmisinin İsrailə göndərilməsilə bağlı Turan-ın müxbirinin sualına cavab olaraq deyib.
"Hər iki ölkəni qorunmaq üçün lazım olanlarla təmin etməkdən ötrü var gücümüzlə çalışacağıq. Ötən həftə prezidentin dediyi kimi, göndərdiyimiz əlavə sorğunu Konqresin qəbul etməsi lazımdır", - Miller deyib.
Xatırladaq ki, prezident Co Bayden Konqresdən hər iki ölkəyə on milyardlarla dollar yardım ayırmağı xahiş edib. 0
Rəy yaz