
AFFA Malta və Lixtenşteynlə oyunları ləğv edib
Bakı/13.03.20/Turan: Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) martın 26-da Malta yığması və martın 30-da Lixtenşteyn yığması ilə həmin ölkələrdə keçiriləcək yoldaşlıq oyunlarını ləğv edib. Oyunların və təlim-məşq toplantılarının ləğvi koronavirus təhlükəsi ilə bağlıdır.
AFFA-nın məlumatına görə, UEFA-ya, Malta və Lixtenşteynin futbol federasiyalarına müvafiq qaydada məlumat verilib. -03B-
Siyasət
-
2025-ci il fevralın 15-də və 18-də Day.az saytında Turan İnformasiya Agentliyinin fəaliyyəti ilə bağlı böhtan xarakterli iddialar irəli sürülən məqalələr dərc edilib. Bu materiallarda müəllif agentliyi Qərb maliyyəsindən asılı və xarici strukturların maraqlarına tabe olan bir qurum kimi təqdim etməyə cəhd edir.
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
Rəy yaz