AİHM Oqtay Gülalıyevin işi üzrə qərar elan edib
Bakı/05.03.20/Turan: Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) martın 5-də hüquq müdafiəçisi Oqtay Gülalıyevin şikayəti üzrə qərarını elan edib. Hüquq müdafiəçisi Xalid Ağaliyevin sözlərinə görə, şikayət 2012-ci ildə fəalın dağıdıcı daşqından zərər çəkmiş vətəndaşların hüquqlarını müdafiə edərkən həbs edilməsi ilə bağlı idi.
Gülalıyev həbsini qanunsuz hesab edib. Araşdırma zamanı hökumət ərizəçiyə barışıq təklif edib. Amma o, bu təklifi rədd edib.
Hakimiyyət Gülalıyevin Avropa Konvensiyasının 5.3-cü (azadlıq hüququ) maddəsində zəmanət verilmiş hüququnun pozulduğunu etiraf etməyə razılaşıb və ona 3500 avro təzminat ödəmək öhdəliyi götürüb.
Hökumət AİHM-yə müvafiq birtərəfli bəyannamə verib və ərizəçinin şikayətlərini baxılan işlər siyahısından çıxarmağı xahiş edib.
AİHM-nin qərarında qeyd edilir ki, Gülalıyevə hökumətin birtərəfli bəyannaməsi göndərilib, amma ondan cavab gəlməyib. Buna görə AİHM ərizəni baxılan işlər siyahısından çıxarmağı məqsədəuyğun hesab edib. Dövlət fəala 3500 avro ödəmək öhdəliyi götürüb.
Xatırladaq ki, Gülalıyev 2019-cu il oktyabrın sonlarında YHN-dən sonra komaya düşüb və indiyədək ayılmayıb. O, İstanbul klinikasında müalicə alır. -21С06-
-
- Siyasət
- 5 Mart 2020 17:21
Siyasət
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
-
Azərbaycan Talışlarının İctimai Şurasının (ATİŞ) İdarə Heyətinin üzvü Hilal Məmmədov yanvarın 23-də Dövlət Təhlükəsizliyi Xidmətində dövlətə xəyanətdə ittiham olunan tədqiqatçı İqbal Əbilovun işi üzrə şahid qismində dindirilib. Məmmədovun Turan-a verdiyi məlumata görə, onu Əbilovun fəaliyyəti, elmi əsərləri və nəşrləri haqqında sorğu-sual ediblər.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 15:22
- 294
-
- Bazarların icmalı,
- 14:22
- 244
Rəy yaz