
Ali məktəblərdə tədris ili uzadılıb
Bakı/12.03.20/Turan: Azərbaycanın Təhsil Nazirliyi ölkənin ali məktəblərində tədris ilinin uzadılması haqqında qərar qəbul edib. Bu addım martda koronavirus təhlükəsi ilə əlaqədar təhsil prosesinin dayandırılması ilə bağlıdır.
Təhsil nazirinin müavini Firudin Qurbanovun əmrinə əsasən, dərslər martın 27-də bərpa olunacaq, amma hər il olduğu kimi mayın 30-da deyil, iyunun 15-də başa çatacaq. İmtahan sessiyası iyunun 15-də başlayacaq və iyulun 13-nə qədər davam edəcək. -16D-
-
- İqtisadiyyat
- 12 Mart 2020 13:13
Siyasət
-
2025-ci il fevralın 15-də və 18-də Day.az saytında Turan İnformasiya Agentliyinin fəaliyyəti ilə bağlı böhtan xarakterli iddialar irəli sürülən məqalələr dərc edilib. Bu materiallarda müəllif agentliyi Qərb maliyyəsindən asılı və xarici strukturların maraqlarına tabe olan bir qurum kimi təqdim etməyə cəhd edir.
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
Rəy yaz